XİN: Ermənistan terror təşkilatları Azərbaycanla yanaşı dünyanın 22 ölkəsində terror aktı törədib | 1news.az | Xəbərlər
Siyasət

XİN: Ermənistan terror təşkilatları Azərbaycanla yanaşı dünyanın 22 ölkəsində terror aktı törədib

Qafar Ağayev17:02 - 21 / 08 / 2023
XİN: Ermənistan terror təşkilatları Azərbaycanla yanaşı dünyanın 22 ölkəsində terror aktı törədib

"Ermənistanın işğalı zamanı dinc əhaliyə qarşı terror aktları ilə yanaşı, soyqırımlar, insanlığa qarşı cinayətlər törədilib".

1news.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi Terror Qurbanlarının Beynəlxalq Anım Günü ilə bağlı "Twitter" paylaşımında bildirib.

"Bu gün biz erməni terror aktlarının günahsız qurbanlarını yad edir və xatirələrini ehtiramla anırıq. Erməni terrorunun qurbanı təkcə Azərbaycan deyil. Məlumdur ki, terroru dövlət səviyyəsində dəstəkləyən ölkə olan Ermənistanın terror təşkilatları, o cümlədən ASALA dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib.

Azərbaycana qarşı ərazi iddialarından sonra erməni terror təşkilatları 1980-ci illərdən başlayaraq Azərbaycanın mülki əhalisini hədəfə alıb. İctimai avtobusların, metro qatarlarının partladılması da daxil olmaqla mülki azərbaycanlılara qarşı 30-a yaxın irimiqyaslı terror aktı törədilib.

Ermənistanın işğalı zamanı dinc əhaliyə qarşı terror aktları ilə yanaşı, soyqırımlar, insanlığa qarşı cinayətlər törədilib. Bir gecədə 613 azərbaycanlının qətlə yetirildiyi Xocalı Soyqırımı bu cinayətlərin bariz nümunələrindən biridir.

Ermənistan terroru pisləmək əvəzinə terroru tərifləməklə məşğuldur. Bu yaxınlarda İrəvanda “Nemesis” terror əməliyyatına həsr olunmuş abidənin açılışı da bunun göstəricilərindən biridir. Bu cür məsuliyyətsiz addımlar beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənməlidir.
Terrorizm Qurbanlarının Anılması ilə bağlı Beynəlxalq Gündə beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edən terrorizmdən əziyyət çəkən bir ölkə olaraq biz beynəlxalq terrorizmlə mübarizə səylərinə daha da töhfə verməyə hazırıq", - XİN paylaşımında bildirib.

Paylaş:
418

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər