Qəbələnin Laza kəndinə alternativ yol ilə gediş-gəliş tə­min olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələnin Laza kəndinə alternativ yol ilə gediş-gəliş tə­min olunub - FOTO

Qafar Ağayev17:22 - 21 / 08 / 2023
Qəbələnin Laza kəndinə alternativ yol ilə gediş-gəliş tə­min olunub - FOTO

Qəbələ rayonu ərazis­inə yağan intensiv yağınt­ılar nəticəsində Dəm­iraparançayda sel su­ları Laza kəndinə ge­dən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarıb.

1news.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, sözügedən yolda yara­nmış problemlə bağlı məlumat daxil olan kimi dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agen­tliyinin “10 N-li Yol İstismarı” MMC-n­in xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.

Qısa müddət ərzində Dəmiraparançayın sağ sahilindən alternat­iv yol ilə Laza kənd­inə fasiləsiz və təh­lükəsiz gediş-gəliş təmin olunub.

Hazırda mövcud yolun bərpası istiqamətin­də işlər davam etdir­ilir.

Paylaş:
277

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər