Bakıda yaşayış binasında yanğın oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yaşayış binasında yanğın oldu

Qafar Ağayev13:56 - 26 / 08 / 2023
Bakıda yaşayış binasında yanğın oldu

Bakıda yaşayış binasında yanğın olub.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 15 ədəd elektrik sayğacı və 2 p.m çıxış kabeli yanıb.

Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
279

Son xəbərlər

Bütün xəbərlər