Binalar üçün minimum enerji effektivliyi normaları təsdiq edildi - Baş nazirdən qərar
Binalar üçün minimum enerji effektivliyi normaları təsdiq edilib.
1news.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Sənədə əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırmaqla on səkkiz ay müddətində binalarda enerji effektivliyini təmin etmək məqsədilə qüvvədə olan tikinti norma və qaydalarının təkmilləşdirilməsini təmin etməlidir.
Energetika Nazirliyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla bu qərarla təkmilləşdirilmiş tikinti norma və qaydaları əsasında “Binalarda enerji sərfinin hesablanması metodologiyası”nı altı ay müddətində hazırlayıb təsdiq etməlidir.