Paytaxtda iki yol qəzası oldu - Tıxac yarandı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda iki yol qəzası oldu - Tıxac yarandı - FOTO

Qafar Ağayev12:35 - 26 / 08 / 2023
Paytaxtda iki yol qəzası oldu - Tıxac yarandı - FOTO

Bakıda iki yol qəzası baş verib.

1news.az xəbər verir ki, birinci qəza aeroport şosesində qeydə alınıb.

Qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Digər yol-nəqliyyat hadisəsi isə Ziya Bünyadov prospekti, “Xutor” tunelinin çıxışında olub.

Hazırda “ Koroğlu” metrostansiyası istiqamətində sıxlıq var.

Hər iki qəza səbəbindən yaranan sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunub.

Paylaş:
431

Son xəbərlər

Bütün xəbərlər