Azərbaycanın “Vətən Müharibəsi”ndə qələbəsi və erməni yalanlarının ifşası | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın “Vətən Müharibəsi”ndə qələbəsi və erməni yalanlarının ifşası

Qafar Ağayev20:20 - 31 / 08 / 2023
Azərbaycanın “Vətən Müharibəsi”ndə qələbəsi və erməni yalanlarının ifşası

44 günlük “Vətən Müharibəsi”ndə Azərbaycanın qələbəsi regionda yeni reallıqların ortaya çıxmasına səbəb oldu. Bu reallıq təkcə Azərbaycan üçün deyil, elə Ermənistan üçün də yeni imkanlar yaratdı.

Bu tarixi qələbə Azərbaycanın gücünün də göstəricisi oldu. Bu güc Azərbaycanın “Vətən Müharibəsi”ndə qələbəsindən sonra açıqca göründü. Tarixə nəzər yetirsək görərik ki, qələbə qazanan ölkələr müharibədən sonra iqtisadi çətinliklərlə qarşılaşırlar. Ancaq Azərbaycanda bu belə olmadı. Belə ki, müharibənin bitməsindən qısa bir müddət sonra artıq azad olunmuş ərazilərimizdə tikinti-bərpa işləri start götürdü. Azad olunmuş ərazilərimizdə standartlara uyğun yollar, körpülər çəkilir, kommunikasiya xətləri çəkilir, yaşayış və qeyri-yaşayış binaları tikilir.

Prezident İlham Əliyevin göstərişlərinə əsasən keçmiş məcburi köçkünlərin Zəngilan, Füzuli və Laçına geri dönüşü başlayıb.

Dövlət başçısının özünün də xüsusi nəzarət etdiyi yenidənqurma işləri sürətlə davam edir. Zamanla digər sakinlərin də öz doğma yurdlarına geri dönməsi təmin ediləcək.

Bütün bunlarla yanaşı, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri unutmaq olmaz. Birinci Qarabağ müharibəsində olduğu kimi, 44 günlük “Vətən Müharibəsi”ndə də Ermənistan silahlı qüvvələri müharibə cinayətləri törətməyə davam etdilər.

Vətən müharibəsi zamanı da ermənilər elə 1992-ci Xocalıda və digər rayonlarımızda törətdikləri kimi soyqırımlar törətmətə cəhd etdilər. Belə ki, ağır artilleriya ilə cəbhə xəttindən yüzlərlə kilometr uzaqda olan şəhər və rayonlarımızı atəşə tutdular.

Belə ki, 44 gün davam edən müharibədə ağır artilleriya atəşləri nəticəsində uşaqlar, qadınlar və qocalar daxil olmaqla ümumilikdə 94 mülki şəxs öldürülmüş, 400-dən çox mülki şəxs yaralanmışdı.

Azərbaycan “Vətən müharibəsi”ndə qələbə qazanandan sonra da həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işləri davam etdirdi. İllərdir davam edən təbliğat işləri daha da gücləndirilməyə başlanıldı. Dünya ictimaiyyəti ermənilərin iç üzünü, törətdikləri vəhşilikləri görməyə başladı.

Prezident İlham Əliyev özü Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində önəmli rol oynayıb. Belə ki, elə “Vətən müharibəsi”nin gedişi zamanı 30-a yaxın dünyanın ən tanınmış KİV-lərinə müsahibə verdi. Prezident heç bir sualdan yayınmayaraq cavabladı. Elə dünya mediası da İlham Əliyevin bu addımını yüksək qiymətləndirdi.

2021-ci il, fevralın 26-da, Xocalı soyrıqırımının ildönümündə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirdi. Dörd saatdan çox davam edən mətbuat konfransında Prezident İlham Əliyev jurnalistlərin suallarını ətraflı şəkildə cavablandırdı, vacib məsələlərə toxundu, bir sıra önəmli mesajlar verdi.

Heç təsadüfi deyil ki, hərdəfə Azərbaycan əleyhinə qərəzli addımlar atan “Amnesty International” təşkilatı bu dəfə Ermənistan qüvvələrinin zərbələri nəticəsində Azərbaycanın şəhər və kəndlərində 72 dinc sakinin öldürüldüyü 8 raket zərbəsini sənədləşdirdi.

Prezident İlham Əliyevin siyasətinə uyğun olaraq, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı faktlarla dünya ictimaiyyəti məlumatlandırılır. Azad olunmuş ərazilərdə kütləvi məzarlıqlar aşkarlandıqda, Ermənistanın qanunsuz əməlləri, təxribatları ilə bağlı xarici ölkələrin atteşeləri, səfirlər məlumatlandırılır.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi tarixi zəfər xalqımıza əbədi qalibiyyət qazandırdı.

Hikmət Babaoğlu

“Məğlub vəziyyətə salınmış bir xalqı qalib xalqa çevirdi, əcdadımızdan bizə genetik miras qalan döyüşçü kodlarımızı oyatdı, savaşçı xalq olduğumuzu , müharibəni də müharibə əxlaqı çərçivəsində aparmağı bacaran xalq olduğumuzu dünyaya sübut etdi. Bütün bunlar milli psixologiyamızda, milli xarakterimizdə yeni mental keyfiyyətlər yaratdı. Ona görə də Müzəffər Ali Baş Komandanımız, tarixi qələbəmizin strateji memarı İlham Əliyev deyir ki, Azərbaycan xalqı döyüşkən xalqdır, öz haqqını qorumağı bacaran xalqdır. Bunlar qələbəmizin xalqımıza qazandırdığı mənəvi-psixoloji üstünlüklərdi. Bu üstünlüklərimizlə biz özümüzü yenidən bir daha ermənilərə , onların havadarlarına və bütün dünyaya tanıtdıq. Məsələnin digər tərəfində gəldikdə isə biz işğal altında olan 20 faiz torpaqlarımızı azad edərək ərazi bütüövlüyümüzü təmin etdik. Dolayısı ilə iqtisadiyyatımızı, milli resurslarımızı, su, qida və s. kimi strateji ehtiyatlarımızı ən azı 20 faiz artırmış olduq. Dövlətçilik tariximizin inkişafı baxımından ,onun möhkəmləndirilməsi baxımından tamamilə yeni bir mərhələ yaratdıq.

H.Babaoğlu qeyd edib ki, bu qələbə, ilk növbədə regionun inkişafı və inteqrasiyası üçün tamamilə yeni şərtlər formalaşdırdı. Post-sovet məkanında öz ərazilərini itirmiş digər xalqlarda nə vaxtsa ərazi bütövlüklərini bərpa edəcəkləri ilə bağlı yeni ümidlər yarandı. Yəni, Azərbaycan sübut etdi ki, haqq verilmir, alınır. Bütün bunlar isə Çindən Avropaya qədər uzanan böyük tarixi coğrafiyada yeni iqtisadi imkanlara yol açdı. Eyni zamanda, Mərkəzi Asiyanın türk dövlətləri ilə Ön Asiyaya hesab edilən Qardaş Türkiyə arasında gələcəkdə açılacaq Zəngəzur dəhlizi vasitəsilə yeni bir bütövlük yaratdı. Bütün bunlar isə Gürcüstan da daxil olmaqla bütün qonşu ölkələr üçün yeni iqtisadi fürsətlər və rifah deməkdir .

Deputat deyib ki, “Vətən Müharibəsi”ndən sonra 30 illik işğal dövründə işğalçı Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş bütün növ cinayətlər üzrə uyğun beynəlxalq hüquq təşkilatlarına müraciətlər edilib və eyni zamanda ermənilərin Azərbaycana qarşı qaldırdığı yalançı ittihamların qarşısı alınıb.

“Elə Avropa Ədalət məhkəməsinin Laçın yolu ilə bağlı sonuncu qərarı da buna bir nümunədir. Bu, uzunmüddətli bir prosesdir və hazırda erməni cinayətlərinin cəzasız qalmaması üçün müvafiq qurumlarımız işlərini davam etdirilər. Eyni zamanda bu prosesə Qərbi Azərbaycandan qovulmuş 300 min azərbaycanlının da hüquqları daxildir. Bundan başqa, Azərbaycanın öz milli qanunvericiliyi çərçivəsində də erməni terrorçularının və cinayətkarlarının cəzalandırılması istiqamətində addımlar atılır. Vaqif Xaçatyan kimi qatillərin həbs edilməsi, bayrağımızı təhqir edən 3 ermənin Azərbaycan qanunları qarşısında cavab vermələri də həmin prosesin tərkib hissəsidir və bu davam edəcək”.

“Həqiqətlərin dünyaya çatdırılması üçün bu günə qədər görülən işlər davam etdirilməlidir” – deyə,H.Babaoğlu əlavə edib:

“Düşünürəm ki , Azərbaycan bunu məharətlə edir. Yəni həqiqətlərin dünyaya çatdırılması üçün ən müxtəlif alət və vasitələrdən çox yaxşı istifadə etməyi bacarır. Buraya siyasi-diplomatik , informasiya resursları və .s vasitələr də daxildir. Elə əleyhimizə BMT Təhlükəsizlik Şurasına qədər aparılıb çıxarılan ittihamlarda heç bir uğurun əldə edilməməsi də Azərbaycanın uğurlu diplomatiyası ilə bağlıdır”.

Bu material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yardımı və müsabiqə şərtlərinə uyğun olaraq "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda hazırlanıb.

Paylaş:
683

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər