Azərbaycan-İsrail parlamentlərarası dostluq qruplarının görüşü keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-İsrail parlamentlərarası dostluq qruplarının görüşü keçirilib

Qafar Ağayev15:34 - 04 / 09 / 2023
Azərbaycan-İsrail parlamentlərarası dostluq qruplarının görüşü keçirilib

Sentyabrın 4-də Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov və qrupun üzvləri ölkəmizdə səfərdə olan İsrail-Azərbaycan parlament dostluq qrupunun üzvü Yevgeni Sovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən xəbərə görə, qonaqları Milli Məclisdə salamlamaqdan məmnunluğunu ifadə edən işçi qrupunun rəhbəri Anatoliy Rafailov Azərbaycanla İsrailin dost dövlətlər olduğunu, iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləyib. O, 44 günlük Vətən müharibəsi zamanı İsrailin dəstəyini yüksək dəyərləndirib.

Qeyd olunub ki, ölkələrimiz arasında əlaqələr dərin tarixi köklərə malikdir. Yəhudi xalqının nümayəndələri Azərbaycanda, azərbaycanlılar isə İsraildə uzun illərdir mehriban dostluq şəraitində yaşayır və ictimai-siyasi həyatda fəal iştirak edirlər.

Görüşdə parlamentlər səviyyəsində əməkdaşlığın əhəmiyyəti qeyd edilərək, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən işçi qruplarının fəaliyyəti, İsraildə Azərbaycan səfirliyinin açılmasının önəmi diqqətə çatdırılıb.

İsrail-Azərbaycan parlament dostluq qrupunun üzvü Yevgeni Sova qrup rəhbərinin salamlarını çatdırıb, Milli Məclisin sədri Sahibə Qafarova ilə keçirilən görüş barədə təəssüratlarını bölüşüb. Səmimi görüşə görə təşəkkürünü bildirən qonaq, ölkələrimiz və xalqlarımız arasında olan dostluq münasibətlərinin məmnunluq doğurduğunu qeyd edib, ölkəsinin müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu söyləyib.
Görüşdə iki ölkə arasında parlamentlərarası əlaqələrin, iqtisadi münasibətlərin inkişaf perspektivləri barədə danışılıb.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Arzu Nağıyev, Jalə Əhmədova, Rasim Musabəyov, Elnur Allahverdiyev, Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.

Paylaş:
254

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər