Hərbi vəzifəlilər ilə növbəti təlim toplanışı keçirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi vəzifəlilər ilə növbəti təlim toplanışı keçirilir - FOTO

Qafar Ağayev13:02 - 05 / 09 / 2023
Hərbi vəzifəlilər ilə növbəti təlim toplanışı keçirilir - FOTO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir.

1news.az xəbər verir ki, təlim toplanışında hərbi vəzifəlilərlə sıra və rabitə hazırlığı məşğələləri təşkil olunur, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri və istifadə qaydaları öyrədilir.
Toplanışın keçirilməsində əsas diqqət ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsinə, bilik və bacarıqlarının artırılmasına yönəldilib.

Paylaş:
219

Son xəbərlər

Bütün xəbərlər