Öz tanışını qətlə yetirməkdə şübhəli bilinən Şirvan sakini saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Öz tanışını qətlə yetirməkdə şübhəli bilinən Şirvan sakini saxlanıldı

Qafar Ağayev09:54 - 05 / 09 / 2023
Öz tanışını qətlə yetirməkdə şübhəli bilinən Şirvan sakini saxlanıldı

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

1news.az xəbər verir ki, bu barədə Şirvan Şəhər Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, sentyabrın 4-də saat 19 radələrində Şirvan şəhər sakini 1963-cü il təvəllüdlü Yavər Bağırovun yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1972-ci il təvəllüdlü Elşən İslamovun aralarında yaranmış mübahisə zamanı tanışı Yavər Bağırova bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Elşən İslamov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Paylaş:
165

Son xəbərlər

Bütün xəbərlər