Nazir: “Zəngəzur dəhlizinin açılması Orta dəhlizin genişlənməsinə əhəmiyyətli töhfə verə bilər”
Zəngəzur dəhlizinin açılması Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının genişləndirilməsinə əhəmiyyətli töhfə verə bilər.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşündə deyib.
Görüşdə bağlantılar sahəsində Azərbaycanın Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının genişləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslərdən bəhs edən nazir bu xüsusda bölgədə bütün nəqliyyat və kommunikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılmasının prosesə əhəmiyyətli töhfə ola biləcəyini qeyd edib.
Xatırladaq ki, Azərbaycan XİN başçısı Ceyhun Bayramov ötən gün Macarıstana rəsmi səfərə gedib.