Blinken Kuleba ilə Kiyevdəki “McDonald`s” restoranında qəlyanaltı edib - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Blinken Kuleba ilə Kiyevdəki “McDonald`s” restoranında qəlyanaltı edib - VİDEO

09:22 - 07 / 09 / 2023
Blinken Kuleba ilə Kiyevdəki “McDonald`s” restoranında qəlyanaltı edib - VİDEO

ABŞ dövlət katibi Entoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Kiyevdə "McDonald's" restoranında olublar.

1news.az APA-ya istinadən xəbər verir ki, hər iki ölkənin baş diplomatları birgə qəlyanaltı ediblər.

Blinken qızardılmış kartof, Kuleba isə albalı piroqu sifariş edib.

Söhbət zamanı ukraynalı nazir "McDonald's" haqqındakı xatirələrini Blinkenə danışıb.

"Mən tələbə olanda spirtli içkidən sonrakı anlaqsız vəziyyətimdə səhər yeməklərimi "McDonald's" restoranlarında yeyirdim. Təbii ki, bu nadir hallarda baş verirdi. Bir dəfə ikiqat çizburger, böyük bir “Coca Cola” aldım. Bu mənim spirtli içkidən sonrakı anlaqsız vəziyyətimdəki ən yaxşı səhər yeməyi idi", - deyə Kuleba bildirib.

Dövlət katibi onun bu sözlərinə gülümsəyərək bildirib ki, onda heç vaxt belə bir şey olmayıb.

Paylaş:
413

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər