Bakı məktəblərində yeni tədris ilində müəllim və şagirdlərin sayı bəlli olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı məktəblərində yeni tədris ilində müəllim və şagirdlərin sayı bəlli olub

Qafar Ağayev17:07 - 08 / 09 / 2023
Bakı məktəblərində yeni tədris ilində müəllim və şagirdlərin sayı bəlli olub

Yeni tədris ilində Bakı məktəblərində təhsil alacaq şagirdlərin sayı açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) 1news.az-a bildirilib ki, BŞTİ tabeliyində 318 ümumi təhsil müəssisəsi, 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

2023-24-cü tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 481 131 şagirdin təlim-tərbiyəsi ilə 28 498 müəllim məşğul olacaq.

Məktəbəqədər təhsil müəssisələrində 34 995 uşağın təlim-tərbiyəsi ilə 4 375 tərbiyəçi-müəllimin məşğul olacağı gözlənilir.

Paylaş:
407

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər