Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır

Qafar Ağayev08:15 - 08 / 09 / 2023
Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır

Bu gün saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.

Bu barədə 1news.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

Qəbul olunmuş şəxslər https://portal.edu.az/ sistemində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeydiyyat 13 sentyabr saat 18:00-da başa çatacaq.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Paylaş:
322

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər