Atasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Atasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Qafar Ağayev09:10 - 08 / 09 / 2023
Atasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Sentyabrın 7-də Biləsuvar rayonunun Bəydili kənd sakini 1972-ci il təvəllüdlü Oqtay Soltanovun yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə 1news.az-a Biləsuvar rayon Prokurorluğundan bildirilib.

İlkin araşdırma zamanı Oqtay İbrahimovun yetkinlik yaşına çatmayan oğlu tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, saxlanılıb.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Paylaş:
405

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər