Türkiyədə “Kim milyonçu olmaq istəyir” müsabiqəsində milyonluq mükafat udulub | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə “Kim milyonçu olmaq istəyir” müsabiqəsində milyonluq mükafat udulub

10:45 - 11 / 09 / 2023
Türkiyədə “Kim milyonçu olmaq istəyir” müsabiqəsində milyonluq mükafat udulub

Türkiyədə yayımlanan “Kim Milyoner Olmak İster” verilişində yenidən maraqlı anlar yaşanıb.

1news.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən həftə verilişə qatılan Rabia Birsen adlı fiziki məhdudiyyətli iştirakçı 1 milyon TL-lik sualı cavablandırıb.

O, "Türkiyədə 81 vilayət adında bu dörd hərfdən hansı digər üç hərfdən azdır?" sualında doğru seçim edərək 63 500 manatı qazanıb. Doğru cavab isə B bəndində yer alan “V” hərfi olub.

Xatırladaq ki, 24 yaşlı Rabia 11 sualı ötən verilişdə doğru cavablandıraraq 12-ci sualı açdırmaq haqqı əldə etmişdi.

Paylaş:
564

Son xəbərlər

Bütün xəbərlər