Mehriban Vəliyeva: “Bakı məktəblərində vahid məktəbli formalarının seçimi təsdiq olunub”
“Vahid məktəbli forması nizam-intizamın başlanğıcıdır”.
1news.az xəbər verir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə deyib.
“Məktəbli forması ilə bağlı qərar Nazirlər Kabineti tərəfindən təsdiqlənir. Biz bu məsələdə icraçı istiqamətdə maarifləndirici və kommunikasiyaedici tərəfik. Məktəbli formasının seçimində çox yaxşı işlər gedir. Bakıda bütün məktəblərdə vahid məktəbli formalarının seçimi təsdiq olunub. Hesab edirik ki, məktəblər bu cəhətdən göz oxşayacaq. Həmin formalar 3 il qüvvədə olacaq".
299