Deputat: “Separatçılar Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə re-inteqrasiyasına mane olurlar” | 1news.az | Xəbərlər
Müsahibə

Deputat: “Separatçılar Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə re-inteqrasiyasına mane olurlar”

Qafar Ağayev12:23 - 13 / 09 / 2023
Deputat: “Separatçılar Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə re-inteqrasiyasına mane olurlar”

“Azərbaycan ərazisinə humanitar məqsədlərlə yardım gətirmək istəyən hər bir dövlət, istənilən təşkilat və qurum öz niyyətini Azərbaycanın müvafiq hökümət orqanlarına bildirməlidir”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Deputat bildirib ki, Azərbaycan hökümətinin bu yardımı qəbul etməyə razı olduğu halda yüklər razılaşdırılmış marşrutla razılaşdırılmış məntəqəyə çatdırıla bilər.

“Bu bütün dövlətlərdə ümumi qaydadır. Ermənistan və Fransa bu kimi lazımi qaydalara əməl etmədən humanitar yardım bəhanəsi ilə bölgədəki vəziyyəti gərginləşdirməyə çalışırlar. Aydındır ki, onların əsl məqsədi Qarabağda yaşayan ermənilərə yardım çatdırmaq yox, sadəcə Azərbaycan ərazisində öz iradəsini yeritmək və bununla da guya Laçın yolunun müstəsna olaraq ermənilərin istifadəsində olduğunu bizə və dünyaya qəbul etdirmək cəhdləridir. Azərbaycan buna yol verə bilməz. Hər bir ölkədə olduğu kimi, Azərbaycan ərazisinə də müvafiq dövlət qurumlarının icazəsi olmadan daxil olmaq və ora istədikləri yükü istədikləri yolla gətirmək mümkün deyil”.

Separatçıların Azərbaycan ərazi olan Qarabağda qondarma seçkilər keçirərək, özlərinə “prezident” seçkiləri keçirməsi məsələsinə toxunan C.Feyziyev vurğulayıb ki, hələ Qarabağ işğal altında olduğu illərdə də separatçılar belə seçki oyunları çıxarırdılar:

“Amma heç zaman heç bir dövlət və heç bir beynəlxalq təşkilat bu əməliyyatları qanuni seçkilər kimi tanımayıb. Xüsusilə indi, torpaqlar azad olunduqdan və Azərbaycanın nəzarətinə keçdikdən sonra yenidən belə şouların təşkil edilməsi erməni sarsaqlığının əlamətidir. Gözlənildiyi kimi də yenə də heç bir dövlət və beynəlxalq təşkilat bu seçkiləri tanımadı və əksinə, bu proseslər aparılan sülh danışıqlarına xələl gətirən addım kimi dünyanın aparıcı dövlətləri tərəfindən qınağa məruz qaldı. Qarabağda gizlənən separatçılar bu cür qeyri-qanuni əməlləri ilə daha bir cinayət əməlinə imza atmış oldular və buna görə də Azərbaycan məhkəməsi qarşısında cavab verəcəklər və cəzalarını alacaqlar”.

“Azərbaycan qısa müddətdə azad olunmuş ərazilərdə önəmli işlər görüb, artıq Zəngilana, Laçına, Füzuliyə əhalinin köçü başlayıb. Qısa müddətdə Azərbaycanın belə önəmli işlər görməsinin şahidi olan Qarabağda yaşayan ermənilər hansı nəticəni çıxarmalıdır?” – sualına cavab verən deputat qeyd edib ki, əgər Qarabağda yaşayan sadə erməni əhalisindən danışırıqsa, onların çoxu Azərbaycan vətəndaşı kimi ölkəmizin qanunları çərçivəsində yaşamağa üstünlük verərdilər.

“Onlar azad olunmuş ərazilərdə də, eləcə də Azərbaycanın digər bölgələrində baş verən inkişafdan xəbərdardırlar. Amma problem ondadır ki, onlar öz iradələri ilə heç bir addım ata bilməzlər. Faktiki olaraq separatçı rejim onları öz ambisiyalarının girovuna çevirib və Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilərə hədə-qorxu gəlir. Separatçı rejimin “rəhbərləri” yaxşı anlayırlar ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə onların bütün iddialarına son qoyulmuş olacaq və onlar 30 il ərzində törətdikləri saysız-hesabsız cinayətlərə görə məsuliyyətə cəlb olunacaqlar. Mövcud vəziyyətin mümkün qədər uzadılması hələlik müvəqqəti də olsa onlara azadlıqda qalmaq imkanı verir. Ona görə də həm separatçılar və həm də Ermənistanda onları dəstəkləyənlər hər vəchlə münasibətlərin tənzimlənməsinə və Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə re-inteqrasiyasına mane olmağa çalışırlar. Lakin Azərbaycanın da səbri sonsuz deyil”.

Paylaş:
880

Son xəbərlər

Lənkəranda üzərinə su çəni aşan kişi ölübBu gün, 16:54Moldovanın sabiq Baş naziri Prezident İlham Əliyevi təbrik edibBu gün, 16:33Ərdoğan sabah Təhlükəsizlik Şurasını toplayır, Azərbaycanın antiterror tədbirləri müzakirə olunacaqBu gün, 16:28Türkiyə Prezidenti Anım Günü ilə bağlı paylaşım edibBu gün, 16:09Dövlət Komitəsində azərbaycanlı əhalinin Xankəndiyə qayıdışının təşkili müzakirə olunubBu gün, 15:59Səfir: Britaniya regionda dinc gələcək üçün bütün tərəflərlə işləməyə davam edəcəkBu gün, 15:40Şəhid olandan 6 gün sonra əkiz qızları doğuldu - FOTOBu gün, 15:35Samanta Pauer Azərbaycana gəlibBu gün, 15:14Kreml Vardanyanın saxlanılmasına münasibət bildiribBu gün, 15:07Səhra hospitalı qurmaq üçün FHN-in 53 avtomobili Ağdamdan Xocalıya yola düşüb - FOTOBu gün, 14:51Azərbaycan sərhədçiləri Ruben Vardanyanı saxladı, Bakıya gətirilib - VİDEO - FOTOBu gün, 14:40Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edibBu gün, 14:37Türkiyə XİN Xankəndidəki partlayışla bağlı başsağlığı veribBu gün, 14:21Son bir ayda Azərbaycanda POS-terminalların sayı kəskin azalıbBu gün, 13:58Zaxarova Makronu xəyalpərəst adlandırıbBu gün, 13:53Ceyhun Bayramov: 3 il ərzində Ermənistan Azərbaycanın uzatdığı əli geri itələdiBu gün, 13:48Binəli Yıldırım Azərbaycan xalqına başsağlığı veribBu gün, 13:45XİN rəhbəri: Azərbaycan Ordusu antiterror tədbirləri zamanı ancaq hərbi hədəfləri məhv edibBu gün, 13:36Nazir: Antiterror tədbirləri zamanı şəhid olan hərbçilərlə bağlı sosial təminatlar vaxtında icra olunacaqBu gün, 13:26Zəfər parkı doqquz hektardan çox ərazini əhatə edəcəkBu gün, 13:05
Bütün xəbərlər

Next TV