Bu gün Ümumdünya Təmizlik Günü qeyd olunur | 1news.az | Xəbərlər
Dünya

Bu gün Ümumdünya Təmizlik Günü qeyd olunur

13:51 - 16 / 09 / 2023
Bu gün Ümumdünya Təmizlik Günü qeyd olunur

Hər il sentyabrın üçüncü şənbə günü dünyanın bir çox ölkəsində əraziləri zibildən təmizləmək və davamlı təmizliyi qorumaq üçün geniş ictimaiyyətin, medianın, dövlət və biznes strukturlarının səylərini birləşdirmək məqsədilə Ümumdünya Təmizlik Günü - ekoloji kampaniyası keçirilir.

1news.az xəbər verir ki, bu aksiya öz başlanğıcını 2008-ci ildə Estoniyada keçirilən “Gəlin bunu edək!” hərəkatından götürüb. Belə ki, həmin il 50 min könüllü 5 saat ərzində ölkəni utilizasiya və təkrar emala göndərilən 10 min ton zibildən təmizləyib. Bir neçə il sonra aparılan monitorinqlər göstərdi ki, kütləvi təmizləmədən sonra ərazilərin çirklənməsi 75 faiz azalıb. Həmin uğurlu təcrübə digər ölkələri də ruhlandırdı. 2018-ci ildə bu ekoloji tədbir ilk dəfə olaraq 158 ölkədə eyni gündə keçirildi. O vaxtdan bəri hər il sentyabrın üçüncü şənbə günü Ümumdünya Təmizlik Günü qeyd edilir.

Könüllü vətəndaş aksiyası çərçivəsində hər kəsin iştirak edə biləcəyi kütləvi təmizlik günləri və maarifləndirici tədbirlər nəzərdə tutulur. Bundan əlavə, təmizlənmədə təbii ərazilərə - meşələr, su hövzələrinin sahillərinə diqqət yetirilir və mümkün olduqda tullantıların ayrıca toplanması təşkil edilir. Həmçinin tədbirin yerli təşkilatçıları maarifləndirici kampaniyalar təşkil edir, tullantıların müasir idarə olunması sistemini, ayrıca toplanması və təkrar emalını, ekoloji cəhətdən təmiz həyat tərzini təbliğ edirlər.

Azərbaycan da həmin beynəlxalq ekoloji aksiyada “Xəzəri qoruyaq” şüarı ilə artıq 10 ildən çoxdur ki, iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir. Bu il də keçiriləcək aksiyada ümumilikdə 1000-ə yaxın könüllünün iştirakı nəzərdə tutulub.

Paylaş:
300

Son xəbərlər

Sevinc Fətəliyeva: Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir29 / 09 / 2023, 23:18Xiaomi korporasiyası Xiaomi 13T və Xiaomi 13T Pro flaqman smartfonlarını təqdim edib29 / 09 / 2023, 17:08Bakıda narkotik satan daha 3 nəfər tutuldu - VİDEO29 / 09 / 2023, 17:00XİN: Azərbaycan BMT-nin müvafiq qurumlarını öz Qarabağ bölgəsinə səfərə dəvət edib29 / 09 / 2023, 16:54İlham Əliyev: Ermənistan hökuməti sentyabrın 20-dək baş verən hadisələri düzgün təhlil etsə, sülh əlçatandır29 / 09 / 2023, 16:40DTX: Ermənistan vətəndaşı Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib29 / 09 / 2023, 16:30İlham Əliyev: Biz Qafqazda sülh və sabitlik istəyirik29 / 09 / 2023, 16:20Prezident: Torpaqlarımızda separatçılığa son qoyulub, bu, bizim güclü siyasi iradəmizin göstəricisidir29 / 09 / 2023, 16:11Binəli Yıldırım Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib29 / 09 / 2023, 16:01Prezidentdən Azərbaycana qarşı qəbuledilməz planları olanlara mesaj: Bizim səbrimizlə oynamayın29 / 09 / 2023, 15:55Azərbaycanda ilk iPhone 15 icmalı yayımlandı! İzləyin və smatrfonları 30 aylıq taksitlə Umico Market-də seçin29 / 09 / 2023, 15:42Prezident: “Biz Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik”29 / 09 / 2023, 15:31Oktyabrda temperaturun iqlim normasına yaxın olacağı gözlənilir - PROQNOZ29 / 09 / 2023, 15:30Sərsəng su anbarına Dövlət Agentliyinin əməkdaşları nəzarət edir29 / 09 / 2023, 15:28Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda növbəti görüş keçirilir29 / 09 / 2023, 15:24Prezident İlham Əliyev: Ermənistan kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunan bir rejim idi29 / 09 / 2023, 15:22Bakının Binəqədi rayonunda sudan qanunsuz istifadə halları aşkarlanıb29 / 09 / 2023, 15:19Ceyhun Bayramov Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib29 / 09 / 2023, 15:09Prezident İlham Əliyev: Horadizdən Zəngilana dəmir yolu tezliklə hazır olacaq29 / 09 / 2023, 15:03Azərbaycançılıq ideologiyasının böyük təbliğatçısı - Ümummilli lider Heydər Əliyev - ŞƏRH29 / 09 / 2023, 15:00
Bütün xəbərlər

Next TV