Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək | 1news.az | Xəbərlər
Futbol

Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək

12:42 - 16 / 09 / 2023
Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək.

1news.az xəbər verir ki, günün ilk matçı Gəncədə olacaq. Beş turdan sonra dörd xalla doqquzuncu pillədə qərarlaşan “Kəpəz” komandası yeddi xalla altıncı sırada yer alan “Səbail”i qəbul edəcək. Saat 16:00-da başlayacaq matçın baş hakimi Rəvan Həmzəzadə olacaq.

Komandalar bunadək ölkə çempionatında səkkiz dəfə qarşılaşıblar. Bunların üçündə Gəncə təmsilçisi, dördündə isə Bakı klubu qələbə qazanıb. Topların nisbətində də “dənizçilər” öndədir – 11:10.

“Səbail” “Kəpəz”lə son üç səfər görüşündə xal qazana bilməyib. “Sarı-göylər” isə evdəki bütün qarşılaşmalarda qol vurub.

Günün son oyununda “Neftçi” “Dalğa Arena”da “Araz-Naxçıvan”la üz-üzə gələcək. Matçı İnqilab Məmmədov idarə edəcək. Hazırda paytaxt təmsilçisi səkkiz xalla üçüncü, Naxçıvan klubu isə yeddi xalla yeddinci pilləni tutur.

Bu, komandaların Premyer Liqada öz aralarında keçirəcəyi beşinci qarşılaşma olacaq. Əvvəlki dörd oyunun üçü “ağ-qaralar”ın xeyrinə, biri heç-heçə ilə başa çatıb.

“Araz-Naxçıvan” indiyədək rəqibinə qol vura bilməyib. “Neftçi” qalib gəldiyi matçlarda böyükhesablı qələbə qazanıb.

Azərbaycan Premyer Liqası

VI tur

16 sentyabr (şənbə)

16:00. “Kəpəz” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Şirmamed Mamedov, Rövşən Rəcəbov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Gəncə şəhər stadionu.

18:00. “Araz-Naxçıvan” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Kamran Bayramov, Əli Əliyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Dalğa Arena”.

Qeyd edək ki, turun açılış oyununda “Zirə” klubu doğma meydanda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 17-də keçiriləcək “Turan Tovuz” – “Qəbələ” və “Qarabağ” – “Sabah” matçları ilə yekun vurulacaq.

Paylaş:
429

Son xəbərlər

Sevinc Fətəliyeva: Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir29 / 09 / 2023, 23:18Xiaomi korporasiyası Xiaomi 13T və Xiaomi 13T Pro flaqman smartfonlarını təqdim edib29 / 09 / 2023, 17:08Bakıda narkotik satan daha 3 nəfər tutuldu - VİDEO29 / 09 / 2023, 17:00XİN: Azərbaycan BMT-nin müvafiq qurumlarını öz Qarabağ bölgəsinə səfərə dəvət edib29 / 09 / 2023, 16:54İlham Əliyev: Ermənistan hökuməti sentyabrın 20-dək baş verən hadisələri düzgün təhlil etsə, sülh əlçatandır29 / 09 / 2023, 16:40DTX: Ermənistan vətəndaşı Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib29 / 09 / 2023, 16:30İlham Əliyev: Biz Qafqazda sülh və sabitlik istəyirik29 / 09 / 2023, 16:20Prezident: Torpaqlarımızda separatçılığa son qoyulub, bu, bizim güclü siyasi iradəmizin göstəricisidir29 / 09 / 2023, 16:11Binəli Yıldırım Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib29 / 09 / 2023, 16:01Prezidentdən Azərbaycana qarşı qəbuledilməz planları olanlara mesaj: Bizim səbrimizlə oynamayın29 / 09 / 2023, 15:55Azərbaycanda ilk iPhone 15 icmalı yayımlandı! İzləyin və smatrfonları 30 aylıq taksitlə Umico Market-də seçin29 / 09 / 2023, 15:42Prezident: “Biz Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik”29 / 09 / 2023, 15:31Oktyabrda temperaturun iqlim normasına yaxın olacağı gözlənilir - PROQNOZ29 / 09 / 2023, 15:30Sərsəng su anbarına Dövlət Agentliyinin əməkdaşları nəzarət edir29 / 09 / 2023, 15:28Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda növbəti görüş keçirilir29 / 09 / 2023, 15:24Prezident İlham Əliyev: Ermənistan kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunan bir rejim idi29 / 09 / 2023, 15:22Bakının Binəqədi rayonunda sudan qanunsuz istifadə halları aşkarlanıb29 / 09 / 2023, 15:19Ceyhun Bayramov Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib29 / 09 / 2023, 15:09Prezident İlham Əliyev: Horadizdən Zəngilana dəmir yolu tezliklə hazır olacaq29 / 09 / 2023, 15:03Azərbaycançılıq ideologiyasının böyük təbliğatçısı - Ümummilli lider Heydər Əliyev - ŞƏRH29 / 09 / 2023, 15:00
Bütün xəbərlər

Next TV