“Fransaya vasitəçi kimi etibar sıfıra bərabərdir” - Elçin Əmirbəyov | 1news.az | Xəbərlər
Siyasət

“Fransaya vasitəçi kimi etibar sıfıra bərabərdir” - Elçin Əmirbəyov

10:25 - 06 / 10 / 2023
“Fransaya vasitəçi kimi etibar sıfıra bərabərdir” - Elçin Əmirbəyov

“Bu gün Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması prosesində Fransaya potensial vasitəçi kimi olan etibarı sıfıra bərabərdir”.

1news.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Radiofrance”a müsahibəsində deyib.

“Fransanın hazırkı siyasi rəhbərliyinin Ermənistana dəstəyi elə bir vəziyyətə gətirib çıxarıb ki, Azərbaycanda heç kəs hətta nəzəri cəhətdən belə Parisi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına faydalı töhfə verə biləcək tərəf kimi qəbul etməyə hazır deyil”, - o bildirib.

E.Əmirbəyov vurğulayıb ki, ermənilərin maraqlarını fədakarlıqla müdafiə edən Parisin sadiqliyinin ən son sübutu Fransanın xarici işlər naziri Ketrin Kolonnanın İrəvanla hərbi-texniki əməkdaşlığı yeni keyfiyyət səviyyəsinə çıxarmaq qərarı, həmçinin de-fakto müttəfiqinə silah və hərbi texnika tədarükünün başlanması ilə bağlı bu yaxınlarda verdiyi bəyanatdır.

“Fransanın məsuliyyətsiz addımı təkcə onun “sülhməramlı” olmaqla bağlı böyük iddialarını heçə endirmir. Regionu hərbi qarşıdurma ilə bağlı yeni təhlükəli vəziyyətə çatdırır, həm də Ermənistanı Azərbaycana qarşı yeni ölümcül təxribatlara və təcavüzə sövq edir”, - Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vurğulayıb.

Paylaş:
259

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər