Çindən və ərəb ölkələrindən gətirilən Toyota avtomobillərini alarkən diqqətli olun
“Toyota” Qafqaz şirkətinin Azərbaycan üzrə direktoru Rəşad Saracov bu modelə sahib olanları, sahib olmaq istəyənləri və həvəskarları maraqlandıran sualları cavablandırıb.
Həmin müsahibəni təqdim edirik:
- Rəşad bəy, son vaxtlar Azərbaycana fərqli ölkələrdən, xüsusilə Çindən və Dubaydan çoxsaylı yeni Toyota avtomobilləri gətirilib və həmin avtomobillər qeyri-rəsmi şəbəkələrdə satışa çıxarılır. Azərbaycana fərqli ölkələrdən gətirilib qeyri-rəsmi şəbəkələrdə satılan avtomobillərlə rəsmi diler mərkəzlərində satılan avtomobillər arasında nə kimi fərqliliklər mövcuddur?
- Doğrudur, son vaxtlar ölkəyə rəsmi Toyota və Lexus diler mərkəzləri tərəfindən idxal olunmayan və fərqli regionlara aid olan yeni Toyota-Lexus avtomobillərinin ölkəyə gətirilməsində yaşanan artım dinamikasını biz də müşahidə edirik. Əslində təbii ki, ölkəyə Çindən, Dubaydan və bir sıra fərqli ölkələrdən idxal olunan avtomobillərdə Toyota-nın bütün keyfiyyət standartlarına uyğun olaraq istehsal olunmuş avtomobillərdir. Ancaq vacib məqam odur ki, bu avtomobillər həmin region üçün nəzərdə tutulub və avtomobillərin komponentləri həmin ölkənin və yaxud, regionun iqlim şəraitinə, yanacaq keyfiyyətinə, yol infrastrukturuna uyğun olaraq istehsal olunub.
Azərbaycanda rəsmi Toyota-Lexus diler mərkəzləri tərəfindən təqdim olunan avtomobillər isə Toyota tərəfindən Avropa regionu üçün nəzərdə tutulmuş və xüsusilədə Azərbaycanın iqlim şəraiti, yanacaq keyfiyyəti, yol infrastrukturu nəzərə alınaraq istehsal olunmuş avtomobillərdir. Toyota ölkənin bütün bu xüsusiyyətlərini nəzərə alaraq avtomobildə hansı mühərrikdən, hansı asqı sistemindən və bir sıra digər komponentlərin istifadəsinə qərar verir.
Bütün bunları nəzərə alaraq, Toyota sevənlərə, müştərilərə yeni avtomobili əldə edərkən mütləq bu vacib məqama diqqəti yetirməyi tövsiyyə edirəm.
- Rəşad bəy, son vaxtlar rəsmi diler mərkəzlərinə zəmanətlə bağlı Çindən və Ərab ölkələrindən əldə olunan avtomobillərlə bağlı bəzi müraciətlər olunur. Ancaq rəsmi diler mərkəzləri tam olaraq zəmanətlə bağlı olan məsələləri təmin etmir. Bunun səbəbi nədir?
- Bəli, bu, mütləq aydınlaşdırılmalı olan məsələdir. Zəmanət məsələsi ilə bağlı qeyd etdiyiniz ölkələrdən gətirilən və ya həmin qeyri-rəsmi şəbəkələrdən əldə olunan yeni avtomobillərin sahibləri təəssüf ki, zəmanət müddəti və şərtləri ilə bağlı kifayət qədər məlumatsızdırlar.
Yeni Toyota avtomobilinə Azərbaycanda zəmanət yalnız rəsmi diler mərkəzlərindən əldə olunan və ya Toyota Avropanın əhatə etdiyi ölkələrdən əldə olunan avtomobillər üçün şamil olunur. Çindən, Ərəb ölkələrindən, eləcə də, Toyota Avropanın əhatə dairəsində olmayan ölkələrdən əldə olunan avtomobillərə Azərbaycanda Toyota şirkəti zəmanət təqdim edə bilmir. Çünki bu avtomobillər Toyota tərəfindən başqa region üçün nəzərdə tutulub və başqa xüsusiyyətlərə və komplektasiyalara malikdir. Bu şəbəkələr tərəfindən satılmış avtomobillərdə zəmanətlə bağlı gələcəkdə yaşanıla biləcək hər hansısa bir hadisəyə Toyota rəsmi dilerləri zəmanət çərçivəsində cavabdeh ola bilməzlər.
Azərbaycanda rəsmi diler mərkəzlərindən əldə olunan yeni Toyota avtomobillərinə mütəmadi olaraq dövri texniki xidmət rəsmi diler mərkəzlərində yerinə yetirildiyi halda zəmanət müddəti 10 ilə və ya 160.000 km-ə qədər təqdim olunur.
- Bizdə olan məlumatlara görə, Çindən və Ərab ölkələrindən gətirilən və qeyri-rəsmi şəbəkələrdə satılan Toyota avtomobillərinədə həmin şəbəkələr öz adlarından zəmanət təqdim edirlər. Buna münasibətiniz necədir?
- Yaxşı və aktual sualdır. Nəzərinizə çatdırım ki, Azərbaycanda yalnız rəsmi Toyota mərkəzləri Toyota avtomobillərinə zəmanət təqdim etmə haqqına sahibdirlər. İstehsalçı tərəfindən milyonlarla ehtiyat hissələri zəmanətlə əhatə olunur. Hətta zəmanətlə əhatə olunan ehtiyat hissələrin bəzən birinin dəyəri 30-35.000 ABŞ dollarına çatır.
Ancaq qeyri-rəsmi şəbəkələr tamamilə öz risklərinə və öz adlarından bu qeyri-rəsmi “zəmanəti” alıcılara təqdim edirlər. İstehsalçının bu zəmanatlə heç bir ələqasi yoxdur. Alıcılara məsləhətim bu riskləri hər zaman nəzərə alsınlar. Çünki təqdim edilən zəmanət müddətində hər hansı bir detal sıradan çıxdığı zaman həmin qeyri-rəsmi şəbəkələr bu dərəcədə bahalı hissələri həqiqətən qarşılaya biləcəklərmi? Həmçinin bu şəbəkələr öz fəaliyyətinə dayandırdıqda bu halda müştərilər kimə müraciət edəcəklər?
Göründüyü kimi bır sıra cavabsız suallar yaranır. Alıcılar çox diqqətli olmalıdırlar.
- Azərbaycanda Toyota-nın rəsmi dilerləri hansılardır?
- Nəzərinizə çatdırım ki, Toyota-nın Azərbaycanda rəsmi diler mərkəzləri Toyota Bakı Mərkəzi, Toyota Abşeron Mərkəzi, Toyota Gəncə Mərkəzi və Lexus Bakı Mərkəzləridir. Çox təəssüf ki, ölkədə Toyota loqosu altında bır sıra qeyri-rəsmi şəbəkələr fəaliyyət göstərir və bu müştərilər arasında bəzən çaşqınlıq yaradır.
Adını sadaladığım butün bu rəsmi diler mərkəzlərində, Toyota tərəfindən sertifikatlaşdırılmış satış və servis heyəti ən yüksək Toyota standartlarına uyğun xidmət göstərir.
Həmçinin nəzərinizə çatdırım ki, rəsmi dilerlərdə təqdim olunan ehtiyat hissələrinədə istehsalçı tərəfindən 1 il zəmanət təqdim edilir.