Azərbaycan və İraq prezidentlərinin təkbətək görüşü keçirilib - YENİLƏNİB 1 | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan və İraq prezidentlərinin təkbətək görüşü keçirilib - YENİLƏNİB 1

15:30 - 20 / 11 / 2023
Azərbaycan və İraq prezidentlərinin təkbətək görüşü keçirilib - YENİLƏNİB 1

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü keçirilib.

1news.az xəbər verir ki, dövlət başçısı İraq Prezidentinin Qoşulmama Hərəkatının Zirvə toplantısı çərçivəsində Azərbaycana səfərini və keçirdikləri görüşü məmnuniyyətlə xatırladı. İraq Prezidentinin ölkəmizə ilk dəfə rəsmi səfərə gəlməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev bu səfərin və səfər zamanı aparılacaq müzakirələrin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi.

Dövlət başçısı İqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın yaxın vaxtlarda İraqda iclasının keçiriləcəyini və onun iqtisadi-ticari əlaqələrin daha da genişlənəcəyində mühüm rol oynayacağını dedi.

İraq Prezidenti Azərbaycan ilə əlaqələrin daha da inkişafında əzmli olduqlarını vurğuladı, səfər çərçivəsində imzalanacaq sənədlərin əlaqələrimizin genişlənməsinə böyük töhfə verəcəyini bildirdi.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin mövqelərini dəstəklədiyi məmnunluqla vurğulandı, Azərbaycanın və İraqın işğaldan əziyyət çəkdiyi, amma bu vəziyyətin keçmişdə qaldığı qeyd edildi.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadiyyat, energetika, mədəniyyət, elm, təhsil və turizm sahələrində əməkdaşlıq məsələlərinin inkişafı üçün əlverişli imkanların olduğu bildirildi.

12:01

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü keçirilib.

1news.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

11:32

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü başlayıb.

1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş:
303

Son xəbərlər

8 Noyabr prospekti - Zığ yolu təmir olunur02 / 12 / 2023, 18:01Heydər Əliyev Sarayının direktorunun birinci müavini işdən çıxıb02 / 12 / 2023, 17:50Sərhəddə keçirilən görüş, Azərbaycana qarşı qərəz, gecikən sülhün Ermənistana təsirləri - Deputatla MÜSAHİBƏ02 / 12 / 2023, 17:40“Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib02 / 12 / 2023, 17:30Naxçıvanda məktəblər dezinfeksiya olunur02 / 12 / 2023, 17:18Bakıda narkotik vasitələrin təsiri altında sərnişin avtobusu idarə edən sürücü saxlanılıb02 / 12 / 2023, 16:57Şəkidə Türkiyə vətəndaşına məxsus yük avtomobili yanıb - FOTO02 / 12 / 2023, 16:38Mədəniyyət naziri tanınmış kinorejissorun evinə gedib - FOTO02 / 12 / 2023, 16:18Əlahiddə Ümumqoşun Ordusunda avtomobil texnikalarına baxış keçirilib02 / 12 / 2023, 16:00Çexiyanın xarici işlər naziri Azərbaycanın sülh səylərini müsbət qiymətləndirib02 / 12 / 2023, 15:38Əli Əsədov BƏƏ-nin vitse-prezidentini təbrik edib02 / 12 / 2023, 15:14Qızılca ilə əlaqədar Bakı məktəblərində dezinfeksiya işləri aparılır02 / 12 / 2023, 14:47Milli Məclisin sədri Azərbaycan-Ermənistan sülh sazişinə mane olanlara çağırış edib02 / 12 / 2023, 14:29Saatlı sakinləri sənədsiz silahlarını polisə təhvil veriblər02 / 12 / 2023, 13:55Azərbaycan XİN BƏƏ-ni təbrik edib02 / 12 / 2023, 13:36FHN ağacəkmə aksiyası keçirib02 / 12 / 2023, 13:29İcma: Ermənistanın uğursuz dövlət olmasının bir səbəbi də mağara təfəkkürlü erməni diplomatiyasıdır02 / 12 / 2023, 13:06Sabahın hava proqnozu02 / 12 / 2023, 12:45Kərim Vəliyev yüksək dağlıq ərazidəki hərbi hissələrin döyüş hazırlığını yoxlayıb - FOTO - VİDEO02 / 12 / 2023, 12:27FHN: Ötən sutka ərzində 50 yanğına çıxış, 3 nəfər xilas edilib02 / 12 / 2023, 12:17
Bütün xəbərlər

Next TV