Ceyhun Bayramov BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi ilə görüşüb

15:44 - 23 / 11 / 2023
Ceyhun Bayramov BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində ölkəmizdə səfərdə olan BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan ilə görüşüb.

Bu barədə 1news.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və UNECE arasında əməkdaşlıq gündəliyi və əməkdaşlıq perspektivləri, eləcə SPECA daxil olmaqla, ölkəmizin Orta Asiya ilə əlaqələri və bu çərçivədə UNECE-nin mümkün rolu müzakirə olunub.

Nazir Ceyhun Bayramov UNECE-nin əhatə dairəsinə daxil olan ətraf mühit, enerji, şəhər planlanması və s. istiqamətlərdə birgə səylərin artırılmasının vacib olduğunu vurğulayıb. SPECA-nın əsasının qoyulmasından etibarən ölkəmizin bu platforma çərçivəsində fəaliyyətə aktiv şəkildə töhfə verdiyini, bu istiqamətdə, xüsusilə Mərkəzi Asiya ölkələri ilə üçtərəfli əməkdaşlıq formatlarının mövcudluğunun birgə uğurlu layihələrin həyata keçirilməsinə daha böyük təkan verdiyini diqqətə çatdırıb.

SPECA ölkələri ilə müxtəlif o cümlədən, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, alternativ enerji mənbələri, nəqliyyat, kommunikasiyalar, ətraf mühit, innovasiyalar, dayanıqlı inkişaf məqsədləri və s. sahələr üzrə faydalı əməkdaşlıq gündəliyinin mövcudluğu məmnunluqla qeyd olunub. Xüsusilə, regional nəqliyyat və kommunikasiya xətlərinin inkişafı, o cümlədən Orta Dəhlizin imkanlarının genişləndirilməsi sahəsində mövcud təşəbbüslər və layihələrin əhəmiyyəti vurğulanıb.

2023-cü ildə SPECA-ya sədrliyimiz dövründə bu platforma çərçivəsində əməkdaşlığın gücləndirilməsi, habelə SPECA ölkələrinin ikitərəfli, regional və beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində Azərbaycanın səylərindən bəhs edən nazir Ceyhun Bayramov, Bakıda keçirilən SPECA həftəsi çərçivəsində baş tutacaq SPECA Sammitinin bu səylərin vacib nəticələrindən biri olduğunu qeyd edib.

İcraçı katib T.Molçan Azərbaycanın SPECA-ya sədrliyi dövründə onun müasir dövrün çağırışlarına uyğun platformaya çevrilməsi istiqamətində göstərdiyi səylərin təqdirəlayiq olduğunu qeyd edib. Bu istiqamətdə, növbəti gün Bakı şəhərində keçiriləcək SPECA Sammitinin regional və beynəlxalq çağırışların fonunda Proqram çərçivəsində əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rol oynayacağına dair ümidvarlıq ifadə olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
301

Son xəbərlər

Azərbaycanın xüsusi təyinatlıları Qazaxıstanda çoxmillətli birgə təlimdə iştirak edirBu gün, 15:55Bakıda COP29-a hazırlıq çərçivəsində 11-ci Texniki Ekspert Dialoqu keçirilirBu gün, 15:27Birbank taksit kartı sahiblərinə “Trendyol”da 6 aylıq faizsiz taksit imkanıBu gün, 15:22Utandırıcı birincilik – Selektiv abortların qarşısı necə alınmalıdır?Bu gün, 15:14ABB-də bank xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istifadə etmək olarBu gün, 15:08Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAMBu gün, 14:58Səhiyyə Nazirliyindən əhaliyə qrip əleyhinə vaksinasiya ilə bağlı XƏBƏRDARLIQBu gün, 14:49Bu gün Xalq artisti Habil Əliyevin anım günüdürBu gün, 14:38Azərbaycan XİN Tacikistanı Milli Günü münasibətilə təbrik edibBu gün, 14:14“Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilibBu gün, 14:07Sumqayıtda avtotəmir sexində başlayan yanğın söndürülübBu gün, 13:50Sumqayıtda İran vətəndaşının kuryerliyə cəlb etdiyi şəxsdən 50 kiloqram narkotik aşkarlanıbBu gün, 13:38Avtomobillə İçərişəhərə girmək istəyənlərin NƏZƏRİNƏBu gün, 13:14Sabah yağış yağacaq - ProqnozBu gün, 13:07“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcəkBu gün, 13:03Yasamalda evdən 90 min manata yaxın oğurluq olubBu gün, 12:51Nazirdən alimlərə sual: “Niyə sosial şəbəkələrdə aktiv deyilsiniz?”Bu gün, 12:48Azər Türk Bankdan istehlak kreditləri üzrə yeni kampaniyaBu gün, 12:11İlham Əliyev Tacikistan liderinə təbrik məktubu göndəribBu gün, 11:51Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu keçirilirBu gün, 11:49
Bütün xəbərlər