Prezident: Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə xüsusi əhəmiyyət verir | 1news.az | Xəbərlər
Siyasət

Prezident: Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə xüsusi əhəmiyyət verir

11:15 - 23 / 11 / 2023
Prezident: Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə xüsusi əhəmiyyət verir

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə xüsusi əhəmiyyət verir və Təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsinin tərəfdarıdır.

1news.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən V konfransının iştirakçılarına müraciətində yer alıb.

2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olunmuş Bakı şəhərinin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin sahəvi nazirlərinin bir çox iclaslarına ev sahibliyi etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Bugünkü konfrans da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi və birgə səylərin gücləndirilməsi baxımından böyük önəm daşıyır”.

Diqqətə çatdırılıb ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Təşkilatın səylərini davamlı olaraq dəstəkləyir. Qlobal böhranların, bəşəriyyət qarşısında duran yeni sınaq və çətinliklərin, islamofobiyanın geniş yayıldığı dövrdə müsəlman dövlətlərinin bir-birinə qarşılıqlı dəstək göstərməsi, İslam birliyinin gücləndirilməsi olduqca vacibdir.

Paylaş:
411

Son xəbərlər

14 dekabr dekolonizasiya günü ilə bağlı Bakı Təşəbbüs Qrupu İllik Hesabat təqdim edəcək13 / 12 / 2024, 18:22Milli Məclisin 16 dekabrda keçiriləcək iclasının gündəliyi açıqlandı - SİYAHI13 / 12 / 2024, 18:06Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət edib - FOTO13 / 12 / 2024, 17:54Yevlaxda toyda baş verən qətlə görə 20 yaşlı oğlana 18 il həbs cəzası verilib13 / 12 / 2024, 17:43Sumqayıtda fəhlə iş zamanı ölüb13 / 12 / 2024, 17:29Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib13 / 12 / 2024, 17:16Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib13 / 12 / 2024, 17:05Azərbaycan-NATO hərbi əməkdaşlığı müzakirə edilib13 / 12 / 2024, 16:56Mərkəzi Bank "Bakı Sığorta"nın lisenziyasını ləğv edib13 / 12 / 2024, 16:35İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib13 / 12 / 2024, 16:31Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimələr artırıldı13 / 12 / 2024, 16:28Leyla Əliyeva Ruanda Prezidenti ilə görüşüb13 / 12 / 2024, 16:27ETSN sözçüsü: hava xəbərdarlıqları baş verə biləcək təhlükələrdən qorunmaq üçündür13 / 12 / 2024, 16:25Azərbaycanın İrandakı Səfirliyinin konsulluq xidməti fəaliyyətini bərpa edir13 / 12 / 2024, 16:21Bakıda 4 marşrutun hərəkət sxemi dəyişiklik, yeni marşrut xətti istifadəyə verilir13 / 12 / 2024, 16:09Fransaya yeni Baş nazir təyin edildi13 / 12 / 2024, 16:07Köç karvanı Xocalının Ballıca kəndinə çatıb - FOTO - YENİLƏNİB13 / 12 / 2024, 15:56Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi qaydası dəyişir13 / 12 / 2024, 15:27Hərbi xidmətdən boyun qaçıran şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılacaq13 / 12 / 2024, 15:26Çağırışçılarla bağlı yeni cərimələr müəyyənləşir13 / 12 / 2024, 15:23
Bütün xəbərlər