Mərakeşin İqtisadi inkluzivlik, kiçik biznes, məşğulluq və bacarıqlar naziri Yunes Sekkuri ilə görüş keçirilmişdir
2023-cü il dekabrın 6-da Mərakeşin İqtisadi inkluzivlik, kiçik biznes, məşğulluq və bacarıqlar naziri Yunes Sekkuri ilə görüş keçirilmişdir
2023-cü il dekabrın 6-da Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Nazim Səmədovla Mərakeşin İqtisadi inkluzivlik, kiçik biznes, məşğulluq və bacarıqlar naziri Yunes Sekkuri arasında görüş keçirilmişdir.
Görüş zamanı, Mərakeş nazirinin cari il noyabrın 21-23-də Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək nazirlərinin 5-ci konfransında iştirak məqsədilə ölkəmizə səfəri ətrafında fikir mübadiləsi aparılmışdır. Nazir ölkəmizə səfərindən məmnunluğunu ifadə edərək, bu səfərdən xoş təəssüratlarla qayıtdığını bildirmişdir.
Görüş zamanı həmçinin, cari il noyabrın 13-də Azərbaycanla Mərakeş arasında Birgə Hökumətlərarası Komissiyanın 2-ci sessiyası çərçivəsində imzalanmış müvafiq sahədə iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsini ehtiva edən sənədlərə istinad edilmişdir. Bu kontekstdə, Nazirliklər arasında təsis edilməsi nəzərdə tutulan müvafiq Texniki Komitənin tezliklə fəaliyyətə başlamasının önəmli olduğu qeyd olunmuşdur. Həmçinin, sözügedən sənədlərin müddəalarının müzakirəsi məqsədilə iki ölkənin aidiyyəti qurumlarının nümayəndələri arasında yaxın günlərdə onlayn görüşün təşkilinin də faydalı olacağı vurğulanmışdır. Bununla yanaşı, Nazirliklər arasında təcrübə mübadiləsinin önəmli olduğunu qeyd etmiş Y.Sekkuri Mərakeş tərəfinin xüsusilə, peşəkar təlimlər məsələsində geniş təcrübəyə malik olduğunu və bu təcrübə ilə bölüşməyə hazır olduqlarını bildirmişdir.