Hacıqabulda traktor dərəyə aşıb, ölən var - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıqabulda traktor dərəyə aşıb, ölən var - YENİLƏNİB

16:14 - 20 / 12 / 2023
Hacıqabulda traktor dərəyə aşıb, ölən var - YENİLƏNİB

Hacıqabulda traktorun aşması nəticəsində 37 yaşlı kişi ölüb.

1news.az APA-ya istinadən xəbər verir ki, ölən şəxs traktorun sürücüsü, Hacıqabul rayonunun Qarasu kənd sakini, 1986-cı il təvəllüdlü Hüseynov Gəray Tahir oğludur.

Hadisə nəticəsində traktorda olan sərnişin, Qarasu kənd sakini, 2005-ci il təvəllüdlü Hüseynov Röyal İftixar oğlununun xəsarət aldığı, Şirvan xəstəxanasına yerləşdirildiyi bildirilir.

15:50

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Hacıqabul rayonunun Birinci Udullu kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “БЕЛАРУС” markalı traktor idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb, 1 nəfər traktorda sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
532

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər