AFFA iki komandaya texniki məğlubiyyət verib | 1news.az | Xəbərlər
Futbol

AFFA iki komandaya texniki məğlubiyyət verib

13:52 - 28 / 12 / 2023
AFFA iki komandaya texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi aşağı yaş qruplarında iki komandaya texniki məğlubiyyət verib.

1news.az-ın məlumatına görə, U-14 Liqasında keçirilməli olan “Qəbələ” – “Viktoriya” (Zaqatala) oyununda ikincilər təyin edilən vaxtda meydana çıxmayıblar.

Qarşılaşmanın baş tutmaması Zaqatala təmsilçisinə 0:3 hesabı ilə texniki məğlubiyyət verilməsi ilə nəticələnib.

U-17 Qızlar Liqasının “Baku Sporting” – “Sabah” qarşılaşmasının başlaması üçün isə birincilərin heyətində yetərsay olmayıb. Bu üzdən “Sabah”ın hesabına texniki qələbə ilə (3:0) 3 xal yazılıb.

Paylaş:
1891

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər