Neft qiymətləri cüzi artıb
Dünya bazarında neft qiymətləri cüzi artıb.
1news.az “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 1 barel üçün 77,59 ABŞ dolları təşkil edib və bu, əvvəlki sessiyanın yekun qiymətindən 0,57 % çoxdur.
Nyu-York əmtəə birjasında “WTI” markalı neftin fevral fyuçersləri 0,43 % bahalaşaraq 1 barel üçün 72,08 ABŞ dolları olub.
368