İranın Kirman şəhərində partlayış zamanı ölənlərin sayı 70-i keçib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

İranın Kirman şəhərində partlayış zamanı ölənlərin sayı 70-i keçib - YENİLƏNİB

17:43 - 03 / 01 / 2024
İranın Kirman şəhərində partlayış zamanı ölənlərin sayı 70-i keçib - YENİLƏNİB

İranın Kirman şəhərində törədilən partlayışlar nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb. Hadisə nəticəsində daha 170 nəfər yaralanıb.

1news.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

***

16:57

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin ölümün 2-ci ildönümü ilə bağlı keçirilən anım mərasimində İranın Kirman şəhərində yerləşən məqbərəsinə gedən küçədə partlayış baş verib.

1news.az İran KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 50-ni , yaralıların sayı 70-i ötüb.

Partlayışın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
714

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər