Türkiyə Prezidenti ABŞ-ın Dövlət katibi ilə görüşüb | 1news.az | Xəbərlər
Dünya

Türkiyə Prezidenti ABŞ-ın Dövlət katibi ilə görüşüb

17:04 - 06 / 01 / 2024
Türkiyə Prezidenti ABŞ-ın Dövlət katibi ilə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan ABŞ-ın Dövlət katibi Antoni Blinkeni qəbul edib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, İstanbulun Vahdettin Köşkündə baş tutan görüş mətbuata qapalı keçirilib.

Blinken Ərdoğan ilə görüşdən əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə bir araya gəlib. Görüşdən sonra mətbuata açıqlama verilməyib.

Nazirliyin rəsmi X hesabından edilən açıqlamada, görüş zamanı İsrail-Fələstin qarşıdurması, humanitar böhran, İsveçin NATO-ya üzvlük prosesi, ikitərəfli və regional məsələlərin müzakirə olunduğu bildirilir.

Paylaş:
483

Son xəbərlər

Tərtərdə yol qəzası olub

23 / 08 / 2025, 17:14
Bütün xəbərlər