Zahid Oruc deyirdi... Şübhə edin! - Tural İsmayılovun yazısı | 1news.az | Xəbərlər
Köşə

Zahid Oruc deyirdi... Şübhə edin! - Tural İsmayılovun yazısı

16:21 - 07 / 01 / 2024
Zahid Oruc deyirdi... Şübhə edin! - Tural İsmayılovun yazısı

İnsan hüquqları ilə bağlı fəlsəfi ədəbiyyatda və bir çox düşncə platformalarında bir çox yanaşmalar mövcuddur.

Amma bizi əsas düşündürən hüquqi anlayişların həm də siyasi, kültürəl və mənəvi əhəmiyyətidir.

2023-cü ilin noyabr ayında Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Zahid Ouc çıxışında çox maraqlı bir məqama toxunmuşdu. O deyirdi ki, 3 il əvvəl Birləşmiş Millətlər Təşkilatının, indi isə Ümumdünya İnsan hüquqları bəyannəməsinin 75-ci ildönümü qlobal sarsıntılar və böhranlar şəraitində keçir. Hər bir insanın-vətəndaşın hüquqlarının olması üçün o azad, milli və müstəqil ölkədə yaşamalıdır. Suveren ölkədə insanların dinc və təhlükəsiz şəraitdə yaşaması, firavan həyatı, sosial rifahı və hüquqları dövlət tərəfindən qorunur. Xalqımız əsrlər boyu milli azadlığa və müstəqilliyə can atıb. Ulu öndər Heydər Əliyev ötən yüzilliyin sonunda Azərbaycan xalqının xilas edərək bu fundamental haqqı gerçəkliyə çevirdi.

XXI yüzillikdə insan hüquqları yalnız hüquq və təkcə insan məsələsi deyil. Onu müxtəlif quruluş və mənafelərə alət ediblər. Cəmi 20-30 il əvvəl bir çoxları XXI yüzili insan hüquqlarının Zəfər əsri kimi təsəvvür edirdi. Lakin bu arzular tamamilə əksinə çevrildi. XX əsrin 60-cı illərində bir çox müstəmləkələrin Qərbi Avropa dövlətlərindən azad olması, ABŞ-da irqi-ayrı seçkilik hallarına qarşı aparılan inqilaba Ali Məhkəmənin ”başçılıq” etməsi dönüş yaratsa da, “soyuq müharibə” ideoloji qarşıdurmanı gücləndirdiyi üçün Bəyannamənin əvvəlki yubiley və ildönümüləri də qanlı müharibələr şəraitində keçdi.

Bu gün hüququn reklamçısı qismində çıxış edənlər kobud şəkildə insan hüquqlarını imperializmin qanlı-qadalı oyuncağı qismində o tərəf-bu tərəfə sürüyür. İnsan haqlarından danışan qüvvələr utanmadan istismar etməyə davam edir. Nəticədə istismarda yeni kültürəl imperializm anlayışı ortaya çıxır.

Mədəni imperializm kimi bir mövzunun düzgün başa düşülməsinə mane olan ən əsas şərtlərdən biri (hər şeydə olduğu kimi) bildiklərimizi araşdırmağı heç vaxt düşünməməkdir. Həmişə məni heyran edən Bekon kimi filosofların uzun illər əvvəl şübhəçiliyin əhəmiyyəti ilə bağlı yazdığı qalaq-qalaq yazılar bu gün üçün də dünyamız üçün o qədər vacibdir ki.

Mədəni imperializmin siyasəti tək bir mərkəzdən yaradılan siyasətlər deyil. Polisentrikdir. Bu siyasətləri planlı şəkildə yaradanlar arasında bu məsələyə ciddi yanaşan və dövlətlərdən və özəl təşkilatlardan heyrətamiz miqdarda pul alan “düşüncə formalaşdıran təşkilatlar” (məsələn, beyin mərkəzləri) var. Bunlardan başqa dövlət qurumları bu işi planlı şəkildə kommunikasiya siyasəti, media siyasəti və təhsil siyasəti ilə təşkil edir və dəstəkləyir. Bu qüvvələrin ardınca gələnlər bu siyasətləri yaratmaqdansa, dövriyyədə saxlamaq, yaymaq və onları istehsal etdikləri məhsul və əlaqələr vasitəsilə mənimsəmək işini görürlər. Uğur qazanan ölkələri diz çökdürmək üçün onların mədəni dəyərləri, milli idenktikliyi hədəfə alınır. Mədəni imperialist siyasətlər həmişə bizim üçün dəyərli olanı mənimsəməklə işləyir: “Demokratiyanı, azadlığı daim insan haqlarını tapdalamaqla, dünyanın hər yerində terror yaymaqla yanaşı, bütün bu arzulanan və axtarılan şeyləri qəsb edirlər”.

Zahid Oruc BMT Deklarasiyası ilə bağlı çıxışında bu məqamı çox incəliklə izah edir: “Deklarasiyanın qəbul edildiyi 1948-ci ili unutmaq olmaz. O vaxt bəşər tarixində qanlı, 2-ci dünya müharibəsinin sona çatmasından 3 il keçirdi. Nəinki insan hüquqlarının, ümumiyyətlə insanın üstündən xətt çəkən faşizm üzərində Nürnberq məhkəməsindən isə 2 il ötmüşdü. Beləliklə, son 75 ildə dünya siyasi xəritəsi köklü şəkildə yenidən cızılıb.

Bəyannamə ilk növbədə fundamental insan hüquqlarının ən ağır şəkildə pozulmasına, müharibə cinayətlərinin təkrar olunmamasına reaksiya kimi ərsəyə gəlmişdi. O gələcəkdə də, ilk baxışda qanunla seçilmiş bir hakimiyyətin çoxluq, əksəriyyət adından insanlığa qarşı cinayətini aradan qaldırılmaq istəyilə meydana çıxdı. İndi dünya birliyi Bəyannamənin ildönümündə belə onun yaranmasının əsas səbəblərini unudur, əksinə canlı yayımlarda gedən müharibələr gündəlik əyləncəyə çevrilib. Bu gün, Avropanın bir hissəsində Rusiya və Ukrayna, eləcə də Yaxın Şərqdə dəhşətli, milyonlarla insana fəlakət gətirən müharibələr Bəyannamənin qəbulunun əsas səbəblərinə tam biganəliyin nəticəsidir. Söhbət 1-2 nəfərin deyil, milyonlarla, on milyonlarla insanın taleyindən gedir. Göründüyü kimi, insan hüquqlarının müdafiəsi adı altında dünyanın yenidən bölgüsü, geosiyasi maraqların savaşı gedir. Hüquq hazırda ən çox devalvasiyaya uğrayan məfhumdur.

Bu gün baş verənlər mədəni qəsblərlə nüfuz agentləri yetişdirməyə fokuslanılıb. İmperializmə qarşı savaşan dövlətlərin ədəbiyyatını, musiqisini, fəlsəfəsini ələ keçirib bu sahədə mövcud olan milli sərvətləri tarimar etmək də istilaçılığın bir növüdür. İstilaçılar qazanılan hərbi və siyasi zəfərləri məhv etmək üçün əllərindən gələni edirlər.

Kino, televiziya, radio, qəzetlər, jurnallar, reklam və ictimaiyyətlə əlaqələr sənayesi həm öz subyektiv mənfəətləri, həm də onları yaradan və dəstəkləyən ümumi sistem üçün idrak, düşüncə, emosiya, inam, gözlənti, üstünlük və davranışın geniş şəkildə idarə edilməsini həyata keçirir.

Mədəni imperializmi dəstəkləyən düşüncələrin, hisslərin və davranışların mütəşəkkil istehsalı və onların müxtəlif vasitələrlə dövriyyəsi “insan formalaşması” prosesinin başlanğıcıdır. Bu prosesin təkrarlanması və dövriyyədə olan şəxslərlərarası münasibətlər vasitəsilə yayılması lazımdır. Bunu geyindiyimiz, yediyimiz, içdiyimiz, bəyəndiyimiz, bəyənmədiyimiz, tərcih etdiyimiz və gündəlik həyatda nümayiş etdirdiyimiz hər şeylə edirik. Ona görə də burada bizim də adi vətəndaşlar olaraq diqqət etməli olduğumuz məqamlar var. Özəlliklə, qlobal tendensiyaları qarşı yeganə şüarımız bu olmalıdır: “Şübhə edirik”!

Mədəni imperializmin dili media işçiləri, reklamçılar, akademiklər, məşhur və etibarlı adamlar qiyafəsində gizlənən ikiüzlü fırıldaqçıların dilidir və dinləyiciyə nəyinsə yaxşı və faydalı olduğunu çatdırır. Bu dil bizə elə gəlir ki, sanki bizimdir, sanki bizim üçündür və yaxşı, doğru və ədalətli olanı təqdim edir. Bu vicdansızların tez-tez üzləri gülər, sözləri müsbətdir, vədləri bizi həyəcanlandırır. Qiymətləri, işsizlikləri, işdən çıxarılması ilə bizi qorxudan terrorlarını ölçü və qiymətləndirmə kimi təqdim edirlər. ABŞ, Fransa və kollektiv Qərb çox məharətlə bu siyasəti təlqin edərək xalqları aldatmağa cəhdlər edirlər.

Burada millət vəkili Zahid Orucun fikirləri bir daha acı reallığı bizə nümayiş etdirir:

“Müstəqillik tarixində torpaqların işğalı, ərazi bütövlüyünün pozulması bütün səviyyələrdə xalqımızın və beynəlxalq hüququn natamamlığı idi. Vətən müharibəsi İnsan Hüquqları Bəyannəməsinin 75-ci ildönümünə ən böyük töhfə oldu, çünki Azərbaycan xalqı prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki bir milyon köçkünün, eləcə də, regionda və dünyada ədaləti təcəssüm etdirən parlaq Zəfər qazandı. İndi Böyük Qayıdış konstitsuion haqlarına qovuşmağın təntənəsidir. Beləliklə, regionda və dünyada formalaşan yeni reallığın-insan haqlarının təminatıının fərqli nümunəsi yaranıb”.

Lakin ölkəmizin suverenliyinin Xankəndi zirvəsindən sonra Amerika, Kanada, AB-nin çoxluğu, xüsusən də Fransa və Almaniya, onların əlaltı dövlətləri necə ikiüzlü və məkrli siyasət aparır, açıq şəkildə bölgənin təhlükəsizliyinə zərbə vurur, fərdin hüququnu qorumaq adı altında millətlərin haqlarını məhv etmək üçün aqressiv addımlar atırlar.

Bəli, hər gün total hücumlar qarşısındayıq. Sual olunur-nədən qurucu atalar sayılan cefersonların, vaşinqtonların bəyan etdikləri azadlıq hüququ-doğma torpaqlarda yaşamaq haqqımız Konqres binalarında, Bundestaq və Senat salonlarında süngü ilə qarşılanır? Qərbin öz dəyələrini necə ayaq altına ataraq, hüquqlar üzərində geosiyasət, iqtisadi sümürgənlik apardığını hamı görür, böyük hərbi yürüşlərin insan hüquqlarını qorumaq adı altında həyata keçirildiyi, arzuolunmaz rejimlərin devrildiyi və milli dövlətçiliklərin məhv edildiyinin şahidi olur.

Biz Deklarasiyanın 75-ci ildönümü qeyd edən hər bir dövlətdən soruşuruq-son 3 ilədək adı 82 milyonluq dünya qaçqın siyasında olan azərbaycanlıların öz milli hüqularını qan və can bahasına qazanmasını alqışlayırsızmı? Əgər cavabınız müsbətdirsə, elə isə harada vermisiniz o dəstək bəyanatlarını və təbrik mesajlarını? Dağılan 100 minlərlə evdən birinin bərpasını, ayrıca kəndin və yaşayış məntəqəsinin tikintisini öz üzərinə götürməyən BMT Təhülkəsizlik Şurası üzvlərinin 10 dekabrda dünyaya səslənməyə ixtiyarı varmı?

Siz bir Avropa dövlətinin Qarabağın quruculuğu üçün beynəlxalq donor konfransı təşəbbüsünü gördünüzmü? Halbuki ölkəmizin də humanitar dəstək verdiyi Ukraynaya qarşı düşmən saydıqları Rusiyanın məğlubiyyəti üçün 232 milyard dollar xərcləyiblər. Bəs millətimizin suverenlik və bütövlük savaşına ABŞ, Fransa və Almaniyanın hansı hərbi-maliyyə dəstəyi olub? Bəlkə torpaq bütünlüyü müstəsna dövlətlərin sərəncamındadır ?

Bəli, 21-ci əsrin tək qalib xalqı-azərbaycanlılara qarşı total kampaniya gedir. Kanada, Çexiya, İspaniya, Lüksemburq və əvvəllər neytrallıq saxlayan bir çox irili-xirdali ölkə Qafqazı xəritədə göstərməkdə çətinlik çəkən öz vecsiz hakimiyyətlərinin hər addımda anti-Azərbaycan qərarını görür. Belə çıxır ki, suverenlik biriləri üçün toxunulmazlıq, digərləri üçün cəzadır. Məgər, Azərbaycan və onun lideri dünyada ədaləti təmin etdiyi üçün ən yüksək mükafata layiq deyilmi? Sovetlər Birliyinin rəhbərlərinə etiraz üçün meydanlara çıxan azərbaycanlıları ‘Time’ jurnalı “ilin xalqı” seçib ideoloji düşmən saydığı quruluşun dağılmasına dəstək vermişdi, indi işğala son qoyan bir milləti 21-ci əsrin hələ ki, tək və bir nömrəlisi elan etməyə kim mane olur?

Mədəni imperializmin siyasi avanqardları üçün Azərbaycan timsalında qalib ölkələri istismara məruz qoymaq insan hüquqlarının açıq-aşkar tapdalanmağı fonunda baş verir.

Qərbin total təhlükələrinə qarşı ayıq-sayıq olmalıyıq.

İndi hər birimiz bir mədəniyyət təəssübkeşiyik həm də. Bu baxımdan Zahid Orucun bu sahədəki dəqiq tezislərini daha da gücləndirə bilərik...

Müəllif: Tural İsmayılov

Paylaş:
2510

Son xəbərlər

Kolleclərdə monitorinq keçirilib, nöqsanlar aşkarlanıbBu gün, 12:41Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11
Bütün xəbərlər