Azərbaycanın şahmat məşqçisi beynəlxalq mükafat alıb
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2023-cü ilin ən yaxşı məşqçilərinin adlarını açıqlayıb.
1news.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın beynəlxalq qrossmeysteri, Əməkdar məşqçisi Cahangir Ağarəhimov dünyada yeniyetmələr üzrə ilin ən yaxşısı kimi Mark Dvoretski mükafatına layiq görülüb.
Qeyd edək ki, C.Ağarəhimov məşqçilik fəaliyyətində beynəlxalq qrossmeyster və ustaların yetişməsində böyük rol oynayıb. Onun yetirmələri müxtəlif yaş qrupları üzrə Avropa çempionatının qalibi və medalçıları olublar. 2022-ci ildə onun tələbəsi, beynəlxalq qrossmeyster Abdulla Qədimbəyli 20 yaşadək gənclər arasında dünya çempionatının qalibi adını qazanıb.
1112