Mikayıl Cabbarov: “Ötən il güzəştli kredit hesabına 3 276 investisiya layihəsi maliyyələşdirilib”
Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə 2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan 3 276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit ayrılıb.
1news.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, bu kreditlər hesabına 3 000-dən çox yeni iş yeri yaradılıb: “Kreditlərin layihə sayı üzrə 99,8 %-i, məbləğ üzrə isə 91,1 %-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib”.
336