Son 20 ildə Azərbaycanda avtomobil nəqliyyatı necə inkişaf edib? - RİNN hesabatı açıqladı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Son 20 ildə Azərbaycanda avtomobil nəqliyyatı necə inkişaf edib? - RİNN hesabatı açıqladı

Qafar Ağayev10:43 - 01 / 02 / 2024
Son 20 ildə Azərbaycanda avtomobil nəqliyyatı necə inkişaf edib? - RİNN hesabatı açıqladı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi son 20 ildə Azəbaycanda avtomobil nəqliyyatının inkişafı ilə bağlı hesabat dərc edib.

1news.az nazirliyə istinadən hesabatı təqdim edir:

Nəqliyyat sahəsində islahatlar, idarəetmənin təkmilləşdirilməsi

2003-2023-cü illər ərzində həyata keçirilən əsaslı struktur islahatları nəticəsində ölkə iqtisadiyyatı sürətli inkişafın növbəti mərhələsinə keçib. Nəqliyyat sahəsinin inkişafı, dayanıqlılıq, etibarlılıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi standartlarına uyğunluğu baxımından konkret və sistemli tədbirlər həyata keçirilib. Bu gün nəqliyyat sahəsində aparılan dövlət siyasəti özündə ölkəmizin sosial-iqtisadi inkişafına, əhalinin rifahının yüksəlməsinə, dövlətimizin iqtisadi qüdrətinin artmasına yönələn tədbirləri əhatə edir.

Aparılan siyasətin təməlini institusional islahatlar yolu ilə idarəetmənin təkmilləşdirilməsi, nəqliyyat əməliyyatlarında informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə, dövlət tənzimləmə mexanizmlərinin tətbiqi yolu ilə sağlam rəqabət mühitinin formalaşması və digər amillər təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2017-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilərək, onların əsasında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb.

Həmçinin Sumqayıt və Gəncə şəhər icra hakimiyyətləri başçıları yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarələrinin və bir neçə müəssisənin əsasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yaradılıb. Dövlət başçısının 19 aprel 2023-cü il Fərmanı ilə Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Eyni Fərmanla Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilib.

Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları

Müasir dünyada iqtisadi və ticari əlaqələrin, mal və xidmətlərə sərbəst çıxışın təmin olunmasında beynəlxalq nəqliyyatın əlaqəli fəaliyyəti, müasir çağırışlara qarşı effektiv tədbirlərin görülməsi, prioritetlərin müəyyən edilməsi, daşımaları daha qlobal miqyasda və böyük həcmdə təmin edə bilən nəqliyyat sisteminin səmərəli istismarı mühüm məsələlərdəndir.

Azərbaycanın xarici ticarət dövriyyəsinin artması nəqliyyat xidmətlərinə olan tələbatın da yüksəlməsini, Azərbaycanın tranzit ölkə kimi mövcud imkanlarından tam istifadə edilməsini şərtləndirir.

Yük daşımalarının böyük hissəsini həyata keçirən sahələrdən biri də avtomobil nəqliyyatı sektorudur. Bu sahədə istər parkın yenilənməsi, istər yük daşımalarında keyfiyyətin yüksəlməsi prioritet məsələlər kimi diqqət mərkəzində saxlanılıb.

Son 20 il ərzində ölkəmizin beynəlxalq avtomobil daşımaları bazarının inkişafı, yerli daşıyıcıların təşviqi və onların bazar payının artırılması istiqamətində mühüm işlər görülüb. Azərbaycan daşıyıcılarının sayı, müvafiq bazar payları artıb, daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin parkı genişlənib. Eyni zamanda bu müddətdə bir sıra ölkələrlə beynəlxalq avtomobil daşımaları sahəsində yeni hökumətlərarası sazişlər imzalanıb, qoşulduğumuz beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı mühüm təşkilati tədbirlər görülüb.

Ölkəmizdə nəqliyyat sektorunun fəaliyyətinin daha səmərəli təşkili istiqamətində görülən işlər nəticəsində yük daşımalarının ümumi həcmi artıb. Belə ki, 2003-cü ildə ölkəmizdən avtomobil nəqliyyatı ilə 59 milyon 100 min ton həcmində yük daşınıbsa, 2023-cü ildə bu rəqəm 134 milyon 200 min ton olub.

Keyfiyyət Xartiyasının Azərbaycan Respublikasında tam tətbiq edilməsi ilə, işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verən daşıyıcıların və peşəkar sürücülərin beynəlxalq yük daşımalarına cəlb edilmələri təmin edilib. Bununla da, milli daşıyıcıların beynəlxalq daşımalar bazarında payları əsaslı dərəcədə artıb və beynəlxalq səviyyədə rəqabədə daha dayanıqlı olmaları təmin edilib.

Bütün ikitərəfli daşıma istiqamətləri üzrə milli daşıyıcıların bazar payı artmışdır. 2022-ci il ilə müqayisədə 45.91%-dən (101843), 2023-cü ildə 52.77%-ə (135441) qalxıb.

Beynəlxalq daşımalarda iştirak edən yerli avtonəqliyyat vasitələrinin sayı dəfələrlə artaraq 12 min 700-ü keçib. Eyni zamanda beynəlxalq daşıyıcılar tərəfindən avtomobil nəqliyyatı ilə ölkəmiz üzərindən aparılan tranzit yükdaşımaları son illər ərzində 6 dəfə artaraq 4,4 milyon ton təşkil edib.

Sərnişindaşıma sahəsində islahatlar

Ölkə ərazisində sərnişinlərin rahat və təhlükəsiz daşınması, müasir nəqliyyat xidmətlərinin təşkil edilməsi məqsədilə Bakı şəhərində və bölgələrdə müasir səviyyəli avtovağzal kompleksləri inşa olunub, yerli və beynəlxalq marşrutlarda yeni avtobus xətləri açılıb.

İşğaldan azad olunmuş ərazilərimizdə nəqliyyat infrastrukturunun yenidən qurulması, bu rayonlarda istər quruculuq dövründə, istərsə də sonrakı illərdə yük və sərnişin daşınmasına tələbatın təmin edilməsi, beləliklə, nəqliyyat xidmətlərinin bərpası prioritetlərdəndir.

Qeyd edək ki, AYNA tərəfindən tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq, Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan) istiqamətlərdə avtobus marşrutları təşkil edilib.

Laçın şəhərində ictimai nəqliyyatla sərnişindaşıma xidmətlərinin təşkil edilməsi istiqamətində işlər görülür. Üç istiqamət üzrə marşrut xətləri müsabiqəyə çıxarılıb. Yaxın vaxtlarda Laçın şəhəri-Zabux kəndi, Laçın şəhəri-Zerti kəndi, Laçın şəhəri-Qarıkaha kəndi istiqamətində marşrutlar fəaliyyətə başlayacaq.

Müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı işğaldan azad olunmuş digər ərazilərdə də təhlillər aparılır.

Ötən dövr ərzində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması istiqamətində işlər aparılıb, daha çevik və optimal idarəetmə formasının tətbiqi üçün normativ hüquqi aktlara dəyişikliklər edilib.

Ölkədə, xüsusən də paytaxtda nəqliyyat parkının müasirləşdirilməsi, sərnişinlərin müntəzəm marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsini təşkil etmək məqsədilə bir sıra layihələr icra olunub. İctimai nəqliyyatda son illər infrastruktur yenilənib, sərnişinlərin ixtiyarına daha rahat, iritutumlu avtobuslar verilib.

Belə ki, 2003-cü ildə 785 milyon 600 min, 2023-cü ildə 1 milyard 694 milyon sərnişin daşınıb.

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarından 2003-cü ildə 171 milyon 400 min, 2022-ci ildə isə 1 milyard 692 milyon manatlıq gəlir əldə edilib.

Azərbaycanda mobilliyin transformasiyası proqramı

İctimai nəqliyyatda əlçatanlığın, şəhər daxilində mobilliyin artırılması, nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılması məqsədilə Bakıda mobilliklə bağlı proqramın icrasına başlanılıb və bir hissəsi artıq icra edilib.

Yol hərəkətinin təşkili ilə bağlı infrastruktur layihələri, taksi xidməti üzrə islahatlar, parklanmanın idarə edilməsi, avtobus marşrutlarının təhlili, mikromobillik infrastrukturunun yaradılması sözügedən layihənin tərkib hissələridir.

2030-cu ilə hədəflənən məqsədlərə nail olmaq üçün işlər bir neçə mərhələ üzrə aparılır.

Belə ki, mobillik sisteminin transformasiyası üçün 60-dan çox təşəbbüs nəzərdən keçirilib. AYNA tərəfindən sahə üzrə geniş təhlillər aparılıb, əhəmiyyətli məlumat bazası toplanılıb. Bakı şəhərinin “rəqəmsal əkiz”i yaradılıb. Son infrastruktur layihələrinin planlanması, müntəzəm marşrut xətlərinin optimallaşdırılması işləri məhz həmin “rəqəmsal əkiz”ə əsaslanmaqla icra edilir. Bu günədək ümumilikdə 20-dən çox ciddi investisiya tutumlu layihə “rəqəmsal əkiz” üzərində simulyasiya edilib və elmi cəhətdən əsaslandırılmış nəticələr əldə olunub.

Ötən dövr ərzində xidmətlərin elektronlaşdırılması, eyni zamanda bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində vacib addımlar atılıb. “BakıKart”, “Azparking”, “Biletim.az” mobil tətbiqləri, həmçinin “AYNA” İnformasiya Sisteminin bir neçə alt sistemi istifadəyə verilib.

Mobilliyin təmin edilməsi üçün atılan addımlardan biri də parklanma yerlərinin düzgün təşkil edilməsidir. Parklanmaya tələbatdan asılı olaraq, Bakı şəhərinin müəyyən hissələri 4 ödənişli zonaya bölünüb. Zonalar üzrə görülən işlər nəticəsində 20 mindən artıq parklanma yeri təşkil edilib. Bu da şəhərdə parklanma yerlərinə əlçatanlığı artırıb.

Yeni çağırışlar müasir şəhər mühitinin daha çox insanyönümlü olması, mikromobillik vasitələrindən istifadəyə təşviq edilməsidir. Bu tendensiyalar nəzərə alınaraq, mikromobilliyin inkişaf etdirilməsi əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Mobillik layihəsində kiçiktəkərli nəqliyyat vasitələri olan velosiped, skuterlər də nəzərə alınıb. 1-ci mərhələdə uzunluğu 17 kilometr olan velosiped və skuter yolu salınıb. Piyadaların hərəkəti üçün müvafiq infrastrukturun yaradılması istiqamətində də işlər davam etdirilir.

Yeni reallıqlar

Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası regionda yeni reallıqlar yaradıb.

Tarixi Zəfərin əldə olunması ilə regionun ümumi rifahı üçün yeni əməkdaşlıq imkanları açılıb. Bu baxımdan təkcə siyasi əlaqələrin deyil, həm də daha geniş kontekstdə iqtisadi, humanitar və mədəni münasibətlərin normallaşdırılması üçün münbit şərait yaranıb.

Uzun illər işğal səbəbindən donmuş vəziyyətdə olan nəqliyyat əlaqələri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hesab etmək olar ki, münaqişənin bitməsi və sülhün bərqərar olması region üzərindən keçən nəqliyyat dəhlizlərinin vacibliyini daha da artırıb.

Ümumilikdə son 20 ilə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı böyük inkişaf yolu keçib. 2003-2023-cü illərdə Azərbaycanın nəqliyyat sahəsində də əlamətdar hadisələr baş verib, ölkəmizin tranzit potensialı əhəmiyyətli dərəcədə artıb.

Görülən işlər bir daha sübut edir ki, Azərbaycanın nəqliyyat sektoru inkişaf dövrünü yaşayır.

Paylaş:
461

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər