Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib

Qafar Ağayev15:03 - 22 / 04 / 2024
Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.

Bu barədə 1news.az-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata əsasən, azad olunan ərazilərdə 15-21 aprel 2024-cü il tarixi ərzində 39 tank əleyhinə mina, 12 piyada əleyhinə mina, 452 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 1429,1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Paylaş:
343

Son xəbərlər

Bütün xəbərlər