Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb

Qafar Ağayev09:06 - 23 / 04 / 2024
Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb

Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Böyük Britaniyanın BMT yanındakı daimi nümayəndəsi ilə görüşüb.

1news.az xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesabında bildirilib.

“Birləşmiş Krallığın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord ilə görüşməkdən məmnunam. Böyük Britaniya İqlim Fəaliyyətində mühüm tərəfdaşdır və biz nümayəndə heyətini noyabr ayında COP29 üçün Bakıda qarşılamağı səbirsizliklə gözləyirik”, – COP29 hesabı Muxtar Babayevdən sitat gətirib.

Paylaş:
332

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər