Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib

Qafar Ağayev15:18 - 24 / 04 / 2024
Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib

Energetika Nazirliyində Azərbaycan və Macarıstan hökumətləri arasında Enerji üzrə İşçi Qrupunun hibrid formatda 4-cü iclası keçirilib.

1news.az nazirliyə istinadən verdiyi məlumata görə, İşçi Qrupun həmsədri, Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov çıxış edərək Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, ali səviyyədə qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib. Müxtəlif səviyyələrdə keçirilmiş görüşlər və imzalanmış sənədlərin həm ənənəvi enerji, həm də yaşıl enerji sahəsində əməkdaşlığın inkişafına töhfə verdiyi, görülmüş işlərin və əldə edilmiş nəticələrin planları qabaqladığı vurğulanıb.

Macarıstan tərəfindən iclasın həmsədri, Xarici İşlər və Ticarət Nazirliyinin Enerji və iqlim diplomatiyası şöbəsinin müdiri İzabella Feierabend İşçi Qrup çərçivəsində əməkdaşlığının hazırkı vəziyyəti və cari ildə atılacaq addımlarla bağlı fikirlərini bölüşüb.

İclasda İşçi Qrupun 3-cü iclasından ötən dövr ərzində görülmüş işlər barədə ətraflı məlumat verilib, neft və qaz sahəsi üzrə əməkdaşlıq, bərpa olunan enerji, enerji tənzimlənməsi və enerji səmərəliliyi sahələrində həyata keçirilən layihələrə dair təqdimatlar dinlənilib. Ötən ilin iyun ayında iki ölkənin enerji şirkətləri arasında təbii qaz təchizatı üzrə bağlanmış müqavilədən irəli gələn məsələlər nəzərdən keçirilib, orta və uzunmüddətli qaz ticarəti üzrə müzakirələrin davam etdirilməsinə maraq ifadə olunub.

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin icrası məqsədilə keçirilmiş nazirlər görüşlərinin nəticələrinə istinad edilib, bu əməkdaşlıq platformasının hər iki ölkənin yaşıl gündəliyinin icrasına töhfə verdiyi qeyd edilib.

İclasda, həmçinin ölkələrin tənzimləyici orqanları arasında qarşılıqlı təlimlərin və seminarların təşkilinin davam etdirməsi təşviq edilib, enerji səmərəliliyi sahəsində təcrübə mübadiləsinin aparılması və enerji effektivliyi fondlarının idarə edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

İclasın sonunda Enerji üzrə İşçi Qrupun 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. İşçi qrupun növbəti iclasının gələn il Budapeştdə keçirilməsi qərara alınıb.

Paylaş:
222

Son xəbərlər

Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08
Bütün xəbərlər