Aygün Attar: Azərbaycanın ekologiyasına vurulan zərər dünyaya vurulmuş zərərdir | 1news.az | Xəbərlər
Siyasət

Aygün Attar: Azərbaycanın ekologiyasına vurulan zərər dünyaya vurulmuş zərərdir

Qafar Ağayev13:29 - 02 / 05 / 2024
Aygün Attar: Azərbaycanın ekologiyasına vurulan zərər dünyaya vurulmuş zərərdir

İşğal dövründə Qarabağda ibadət evləri dağıdılıb, mal-qara saxlanılıb. Beynəlxalq ictimaiyyət niyə buna reaksiya vermir? Niyə riyakar siyasət həyata keçirir?

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” adlı panel sessiyasında çıxışı zamanı deyib.

O deyib ki, baş verənlərlə bağlı atılan addımlar, verilən reaksiyalar yetərli olmayıb:

"Azərbaycanın ekologiyasına vurulan zərər dünyaya vurulmuş zərərdir. Mədəni bir dünyada yaşaya bilməyimiz üçün yaşananların obyektiv bir şəkildə hesabı soruşulmalıdır. Hesab edirəm ki, bunun üstündə dayanmaq lazımdır. Bu barədə sadəcə toplaşıb bir-birimizin çıxışını dinləməli deyilik. Biz hər birimiz dünyanın hansı nöqtəsində olmağımızdan asılı olmayaraq etirazımızı bildirməliyik".

Aygün Attar qeyd edib ki, Azərbaycan bu forumla mədəniyyət və təhlükəsizliklə bağlı dünyaya çağırış edir.

O, həmçinin Qarabağın dirçəlməsində Azərbaycana dəstək göstərən Türk dövlətlərinə təşəkkürünü ifadə edib.

Paylaş:
271

Son xəbərlər

İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07
Bütün xəbərlər