Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİB

13:03 - 21 / 05 / 2024
Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Özbəkistanın investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratovu qəbul edib.

1news.az xəbər verir ki, qəbula görə minnətdarlığını bildirən Laziz Kudratov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.

O, qeyd etdi ki, Özbəkistan Prezidenti ölkələr arasında tərəfdaşlıq münasibətlərinin səviyyəsini yüksək qiymətləndirir. Qonaq vurğuladı ki, Azərbaycan Prezidentinin uzaqgörən və müdrik siyasəti nəticəsində əldə edilmiş uğurlar Özbəkistanda sevinclə qarşılanır. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndiyini, iqtisadiyyatın dinamik şəkildə inkişaf etdiyini, investisiyaların həcminin artdığını deyən Laziz Kudratov bildirdi ki, Azərbaycan qlobal çağırışlara baxmayaraq inflyasiyanı saxlamağa uğurla müvəffəq olub.

Qonaq, eyni zamanda, vurğuladı ki, işğal olunmuş ərazilərin Prezident İlham Əliyevin rəhbərliyi ilə qaytarılması və tarixi ədalətin bərpa olunması təkcə Azərbaycanın deyil, bütün türk dövlətlərinin tarixində mühüm hadisə olmuşdur. Nazir qeyd etdi ki, Özbəkistanda bu tarixi hadisə böyük sevinclə qarşılanmışdır. O, əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş təşəbbüslərin reallaşması işinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev Şavkat Mirziyoyevin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını Özbəkistan Prezidentinə çatdırmağı xahiş etdi.

Dövlət başçısı qeyd etdi ki, Özbəkistan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən inkişaf prosesləri Azərbaycanda böyük maraqla izlənilir. Özbəkistan Prezidentinin iqtisadi islahatlar, sosial və digər bütün sahələrin inkişafına yönəlmiş siyasəti konkret nəticələr verir. Prezident İlham Əliyev Özbəkistana səfərini məmnunluqla xatırlayaraq səfər zamanı bu ölkənin sənaye potensialı və tarixi-mədəni irsin qorunması ilə bağlı məsələlərin uğurla həll edilməsinin şahidi olduğunu dedi. Dövlət başçısı əməkdaşlığın inkişafı ilə bağlı qarşılıqlı fəaliyyətin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirdi.

Prezident İlham Əliyev xüsusi olaraq Azərbaycanın suverenliyinin bərpa olunması işində Özbəkistanın və özbək xalqının dəstəyini yüksək qiymətləndirdi. Dövlət başçısı Şavkat Mirziyoyev ilə Füzuli və Şuşa şəhərlərinə səfərlərinə də toxunaraq Füzulidə Özbəkistan Prezidentinin və xalqının hədiyyəsi olan məktəbin açılışının da rəmzi xarakter daşıdığını dedi.

Prezident İlham Əliyev Laziz Kudratovun ölkəmizə səfərinin iqtisadi əməkdaşlığın möhkəmlənməsi ilə bağlı layihələrin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını vurğuladı.

***

10:25

Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovu qəbul edib.

Bu barədə 1news.az-a Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən bildirilib.

Paylaş:
456

Son xəbərlər

“Qarabağ” Qəbələyə qalib gəlib,1/4 finala vəsiqə qazanıb04 / 12 / 2024, 17:58Gənc yazar dünyasını dəyişdi04 / 12 / 2024, 17:54Yasamal və Xəzər rayonlarının bir hissəsində qaz kəsiləcək04 / 12 / 2024, 17:45Ödənişli avtomagistrallarla bağlı yeni cərimələr müəyyən olunur04 / 12 / 2024, 17:42Santa Klausun izi ilə - Antalyanı bir də belə tanıyın - FOTO04 / 12 / 2024, 17:30“Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnib04 / 12 / 2024, 17:29Məktəb yoldaşına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şagird saxlanılıb04 / 12 / 2024, 17:11Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşüb04 / 12 / 2024, 17:05Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcək04 / 12 / 2024, 16:49ASAN könüllülərinin sayı 40 mini ötdü - FOTO04 / 12 / 2024, 16:45“AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda - FOTO04 / 12 / 2024, 15:56Suriyada gərginlik artır: Müxaliflər irəliləyir, rejim əks hücuma hazırlaşır04 / 12 / 2024, 15:16Şuşada daha 48 ailəyə evlərinin açarı təqdim olunub - FOTO - YENİLƏNİB04 / 12 / 2024, 15:08Tacikistan Prezidenti İlham Əliyevə zəng edib04 / 12 / 2024, 14:59İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından 682 qram qızıl aşkarlanıb04 / 12 / 2024, 14:42İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib - FOTO04 / 12 / 2024, 14:30Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib - DOSYE04 / 12 / 2024, 14:02Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə 2 mükafata layiq görülüb04 / 12 / 2024, 13:53Türkiyənin Antalya şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ olub04 / 12 / 2024, 13:25ADY bu ilin 11 ayında baş verən toqquşmaların sayını açıqladı04 / 12 / 2024, 13:20
Bütün xəbərlər