Şəmkir su anbarında bir nəfər batıb, axtarışlar davam etdirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkir su anbarında bir nəfər batıb, axtarışlar davam etdirilir

1news Redaksiyası13:23 - 24 / 05 / 2024
Şəmkir su anbarında bir nəfər batıb, axtarışlar davam etdirilir

Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini, 1987-ci il təvəllüdlü Zabit Paşa oğlu Baxşəliyev Şəmkir su anbarında batıb.

Bu barədə 1news.az Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Onun Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində balıq ovuna çıxdığı ehtimal olunur.

Hazırda Z.Baxşəliyevin axtarışları aparılır.

Paylaş:
340

Son xəbərlər

Bütün xəbərlər