Ceyhun Bayramov TBMM-nin komissiya sədrini qəbul etdi - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov TBMM-nin komissiya sədrini qəbul etdi - FOTO

13:45 - 24 / 05 / 2024
Ceyhun Bayramov TBMM-nin komissiya sədrini qəbul etdi - FOTO

24 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmut Özərin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən 1news.az-a verilən xəbərə görə, görüş zamanı qardaş Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinin ən yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, münasibətlərin əsasında xalqları birləşdirən ortaq dil, tarix, din və milli-mənəvi dəyərlərin dayandığı vurğulanıb.

Gələcək əməkdaşlıqlara və həmrəyliyə təkan verən, Şuşa Bəyannaməsi ilə taclandırılan və xalqlarımızı birləşdirən strateji münasibətlərin Cənubi Qafqaz regionunda dayanıqlı sülh və inkişafın təmin edilməsində əsas faktor olduğu, Azərbaycan və Türkiyə əməkdaşlığı nəticəsində regional və qlobal ölçülü layihələrin həyata keçirildiyi qeyd edilib.

Naziri Ceyhun Bayramov müxtəlif səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da gücləndirilməsinə töhfə verdiyini vurğulayıb. O, Azərbaycan Türkiyə əməkdaşlığının dünyada bənzəri olmayan münasibətlər olduğunu, hər iki ölkə rəhbərinin siyasi iradəsi nəticəsində hazırda bu əlaqələrin ən yüksək tarixi zirvəyə çatdığını vurğulayıb.

Türkiyənin hər zaman Azərbaycanın yanında olduğu, bütün sahələrdə qarşılıqlı dəstək göstərildiyi qeyd edilərək, Azərbaycanın şanlı qələbəsinin bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb etdiyini ifadə edib.

Nazir Ceyhun Bayramov həmçinin təhsil sahəsində iki ölkə arasında mövcud əməkdaşlığın Azərbaycan-Türkiyə Universitetinin yaradılması ilə daha da gücləndiriləcəyinə əmin olduğunu qeyd edib.

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
234

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər