Xorvatiya Prezidenti Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Siyasət

Xorvatiya Prezidenti Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik edib

12:33 - 25 / 05 / 2024
Xorvatiya Prezidenti Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik edib

Xorvatiya Prezidenti Zoran Milanoviç Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

1news.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi, xalqınıza tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Xorvatiya ilə Azərbaycanı çoxillik sıx əməkdaşlıq və dostluq əlaqələri bağlayır. İnanıram ki, biz qarşıdakı dövrdə ümumi əlaqələrimizi inkişaf etdirmək istiqamətində çalışmağa davam edəcəyik.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Paylaş:
356

Son xəbərlər

Yağış yağacaq - PROQNOZ

16 / 10 / 2025, 12:42

Sabirabad sakini itkin düşüb

16 / 10 / 2025, 12:39
Bütün xəbərlər