AQEM katibliyi Azərbaycanı təbrik edib | 1news.az | Xəbərlər
Siyasət

AQEM katibliyi Azərbaycanı təbrik edib

11:44 - 28 / 05 / 2024
AQEM katibliyi Azərbaycanı təbrik edib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) katibliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.

1news.az xəbər verir ki, müvafiq paylaşım təşkilatın “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

“AQEM katibliyi Azərbaycanın Müstəqillik Günü münasibətilə səmimi təbriklərini bildirir. Biz Azərbaycanın yeni sədr kimi AQEM prosesinə mühüm töhfə vermək və təşkilatın Asiyada, onun hüdudlarından kənarda nüfuzunu yüksəltməkdə qətiyyətli olmasını yüksək qiymətləndiririk. Ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq”, - paylaşımda qeyd edilib.

Paylaş:
266

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər