İlham Əliyev “CVC Capital Partners” şirkətinin həmtəsisçisi və sədrini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev “CVC Capital Partners” şirkətinin həmtəsisçisi və sədrini qəbul edib - YENİLƏNİB

11:49 - 29 / 05 / 2024
İlham Əliyev “CVC Capital Partners” şirkətinin həmtəsisçisi və sədrini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da alternativ investisiyaların idarə edilməsi üzrə Avropanın ən böyük və nüfuzlu investisiya şirkətlərindən biri olan “CVC Capital Partners” şirkətinin həmtəsisçisi və sədri Rolli Van Rappardı qəbul edib.

1news.az xəbər verir ki, Azərbaycanda davamlı inkişaf proseslərinin getdiyini vurğulayan Rolli Van Rappard ölkənin bir çox sahədə əldə etdiyi nailiyyətlərin çox təqdirəlayiq olduğunu bildirdi. Qonaq “CVC Capital Partners” şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlıq etməsindən böyük məmnunluq hissi duyduğunu deyərək, gələcəkdə əməkdaşlığın daha da möhkəmlənəcəyinə inamını ifadə etdi.

Prezident İlham Əliyev dünyanın qabaqcıl maliyyə qurumları ilə əməkdaşlıq edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun “CVC Capital Partners” şirkəti ilə uğurlu tərəfdaşlığını müsbət qiymətləndirərək mövcud münasibətlərin daha da gücləndirilməsi üçün əlverişli mühitin olduğunu bildirdi. Dövlət Neft Fondunun fəaliyyətinin daim genişləndiyini deyən dövlətimizin başçısı qeyri-sabit maliyyə bazarları mühitində də Fondun aktivlərinin artdığını vurğuladı.

Qeyd edək ki, 1981-ci ildə təsis olunmuş “CVC Capital Partners” şirkətinin özəl səhmlər, özəl kredit, infrastruktur və digər fondlarında idarə etdiyi aktivlərin toplam dəyəri 187 milyard avrodur. Dünyanın müxtəlif şəhərlərində 40 ofisi və 850-dən çox əməkdaşı olan şirkətin mərkəzi ofisi Lüksemburqda yerləşir.

10:26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da “CVC Capital Partners” şirkətinin həmtəsisçisi və sədri Rolli Van Rappardı qəbul edib.

1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş:
339

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47
Bütün xəbərlər