Kamboca Kralı Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

Kamboca Kralı Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb

17:46 - 30 / 05 / 2024
Kamboca Kralı Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb

Kamboca Kralı Norodom Sihamoni Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

1news.az xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi, dost Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Səmimi-qəlbdən inanıram ki, Kamboca ilə Azərbaycan arasında əlaqələr qarşılıqlı maraq doğuran məsələlərdə, xüsusilə də dünyada sülh və təhlükəsizliyin təmin edilməsində daha da möhkəmlənəcək və inkişaf edəcəkdir".

Paylaş:
381

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər