Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır

19:20 - 05 / 06 / 2024
Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır. Bu reallıq paytaxtımızda keçirilən Bakı Enerji Həftəsində bir daha səsləndirilib. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı, dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkətin iştirak etməsi də bu reallığı təsdiqləyir”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir. Eyni zamanda, bu məsələdə tranzit ölkə rolunu oynayır. Prezident İlham Əliyev Azərbaycanın böyük neft və qaz potensialına malik ölkə kimi dünya üçün önəmini dəfələrlə vurğulayıb. Azərbaycanın enerji siyasəti həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemlərini formalaşdırır. Bu, hamının maraqlarına uyğundur və bu prosesdən bütün dövlətlər bəhrələnə bilir. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Avropa İttifaqının bir neçə digər ölkəsinə qaz ixrac edir. Bununla yanaşı, digər Şərqi Avropa ölkələri də bu gün Azərbaycandan “mavi yanacaq” almaq niyyətini irəli sürür. Bakıda keçirilən bu toplantıda aparılan müzakirələr gələcəkdə bu coğrafiyanın daha da genişlənəcəyinə əminlik formalaşır.

Millət vəkilinin sözlərinə görə, burada əsas məqam Avropa ölkələrinin Azərbaycandan “mavi yanacaq” və “yaşıl enerji” idxal etmək imkanlarının geniş olmasından ibarətdir. Bu gün dünyada gedən siyasi-iqtisadi proseslər yeni çağırışları aktuallaşdırır. Bu çağırışların əsasında isə əməkdaşlıq və yeni enerji layihələri dayanır. Statistik rəqəmlərə nəzər yetirsək görərik ki, Azərbaycanın beynəlxalq bazara, əsasən də Avropa bazarına qaz ixracında böyük irəliləyişlərə nail olunub. Prezident İlham Əliyev tədbirin açılış mərasimində çıxışı zamanı bu il ölkəmizin 24 milyard kubmetrdən çox qaz ixrac edəcəyi, 2020-ci ilin dekabrında istifadəyə verilən TAP kəmərinin Azərbaycan qazını Xəzər dənizindəki yataqlardan Avropaya nəql etməsi və onun Cənub Qaz Dəhlizinin bir hissəsi olmasını xüsusi vurğulayıb. Bundan başqa, dövlətimizin başçısı ümumilikdə ixracı nəzərdə tutulan 24 milyard kubmetr qazın təxminən 12 milyard kubmetrinin Avropanın payına düşdüyünü diqqətə çatdırıb. Cənab Prezident bəyan edib ki, Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var: “2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir”.

Sevinc Fətəliyeva qeyd edib ki, proseslər Avropanın Azərbaycan qazına və yaşıl enerjisinə daha çox ehtiyacının olduğunu göstərir. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır və bu amil iqtisadi münasibətlərimizin genişlənməsində mühüm şərt kimi çıxış edir. Əlamətdar haldır ki, builki Bakı Enerji Həftəsi “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cü ildönümünə təsadüf edir.

“Hazırda Azərbaycan alternativ enerji siyasətini gücləndirir, “Yaşıl enerji”yə böyük önəm verir. COP29-un bu il ölkəmizdə keçirilməsi də bunu təsdiqləyir. Prezident İlham Əliyevin tədbirdə dediyi kimi, COP-a ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni üzərimizə götürərkən biz bunun həm üstünlüklərini, həm də müəyyən çətinliklərini tam şəkildə dərk edirik. Ancaq biz bu məsələyə sadiqik. Bu il ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın xüsusi diqqət mərkəzində olacaq. Bakı Enerji Həftəsi ilə əlaqədar ABŞ Prezidenti Cozef Baydenin məktubunda da qeyd olunan məqamlar Azərbaycanın dünya miqyasında nüfuzunun əhəmiyyətli dərəcədə artmasının göstəricisidir”,-deyə millət vəkili vurğulayıb.

Paylaş:
265

Son xəbərlər

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edib17 / 10 / 2024, 18:50Musiqi məktəblərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə keçid balı aşağı salınıb17 / 10 / 2024, 17:43Oktyabrın 19-u COP29 tədbirinə hazırlıq məqsədilə paytaxtın bir sıra küçə və prospektlərində hərəkətə məhdudiyyətlər tətbiq olunacaq17 / 10 / 2024, 17:36Fasilələrlə yağış yağacaq - XƏBƏRDARLIQ17 / 10 / 2024, 17:27Sabah hava necə olacaq? - PROQNOZ17 / 10 / 2024, 14:39Yasamal rayonunun Mikayıl Müşfiq küçəsi təmir edilib17 / 10 / 2024, 14:18İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub - YENİLƏNİB17 / 10 / 2024, 13:46Əmtəə bazarlarında qızılın qiyməti 2 700 dollara yaxınlaşıb17 / 10 / 2024, 12:09Vüqar Qurbanov: “Bu gün təcili tibbi yardım xidmətinin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçiririk”17 / 10 / 2024, 11:41TƏBİB təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsinə və optimallaşdırılmasına dair brifinq keçirib17 / 10 / 2024, 11:27AMB günün valyuta məzənnələrini açıqladı17 / 10 / 2024, 11:23Oğuzda narkotik vasitə satışında şübhəli bilinən şəxs tutulub17 / 10 / 2024, 11:09Kamaləddin Qafarov: “17 oktyabr – Füzuli Şəhəri Günüdür”17 / 10 / 2024, 10:35Azərbaycan neftinin qiyməti 75 dolları ötüb17 / 10 / 2024, 10:15“UForex” hesabını “SİMA İmza” ilə aç!17 / 10 / 2024, 10:05ABB-dən kapital bazarlarını canlandıracaq daha bir addım!17 / 10 / 2024, 10:00Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA17 / 10 / 2024, 09:38Ermənistanın Gəncəni növbəti dəfə raket atəşinə tutmasından 4 il keçir17 / 10 / 2024, 09:35Bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür17 / 10 / 2024, 09:19Prezident Füzulinin işğaldan azad edilməsin dördüncü ildönümü ilə bağlı paylaşım edib17 / 10 / 2024, 09:06
Bütün xəbərlər