Yüzdən çox təqaüdçünün kartından oğur etməkdə şübhəli bilinən qadın saxlanılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yüzdən çox təqaüdçünün kartından oğur etməkdə şübhəli bilinən qadın saxlanılıb - VİDEO

Qafar Ağayev13:22 - 13 / 06 / 2024
Yüzdən çox təqaüdçünün kartından oğur etməkdə şübhəli bilinən qadın saxlanılıb - VİDEO

Ölkə ərazisində əsasən təqaüd kartlarından pul vəsaitlərinin naməlum şəraitdə oğurlandığı barədə polis orqanlarına vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olub.

1news.az DİN-ə istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Nuranə Məmmədova saxlanılıb. Həmin şəxs taladığı kartlar barədə məxfi məlumatları eyni əmələ görə artıq həbs olunan tanışı Asif Səmədovdan əldə etdiyini bildirib. Daha sonra o, zərərçəkənlərin kart məlumatlarını müxtəlif mobil tətbiqlərə əlavə edərək qeydiyyatdan keçməklə hesablardakı pul vəsaitlərini nağdlaşdırıb.

Qeyd edilib ki, N.Məmmədova bu yolla 100-dən artıq vətəndaşın hesabında olan müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirib. Eyni əmələ görə artıq həbs olunmuş A.Səmədovun isə bankomatların yanında dayanaraq vəsaitlərini nağdlaşdırmaqda çətinlik çəkən şəxslərə yardım etmək adı ilə yaxınlaşaraq onların kart məlumatlarını ələ keçirdiyi sübuta yetirilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, N.Məmmədova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.

Paylaş:
185

Son xəbərlər

Gürcüstanda zəlzələ olub, Azərbaycanın sərhəd rayonlarında da hiss edilibBu gün, 12:2925 şəxs cinayət başında yaxalanıbBu gün, 12:25Kamran Əlyev: İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıbBu gün, 12:15Yasamalda ağaclar kəsilib, iş hüquq-mühafizə orqanlarına göndəriləcəkBu gün, 12:10Baş prokuror: Əvvəlki illərdən bağlı qalmış 4 xüsusilə ağır cinayətin üstünün açılması təmin edilibBu gün, 12:03Yasamalda uşaq bağçasından oğurluq edilibBu gün, 11:48İcma: Qərb dövlətləri azərbaycanlıların qayıdış hüququ mövzusundakı ayrı-seçkiliyə son qoymalıdırBu gün, 11:21Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş söhbət mərhələsinin nəticələri açıqlanıbBu gün, 11:19BDYPİ uzaq yola çıxan sürücülərə müraciət edibBu gün, 10:59“Ağdaş” futbol klubunun prezidenti çayda boğularaq ölübBu gün, 10:31AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıbBu gün, 10:21İdeal seçiminiz: qabaqcıl süni intellekt texnologiyalı ASUS Vivobook S 15 - FOTOBu gün, 10:00FHN əməkdaşları Xırdalanda köməksiz vəziyyətdə qalan azyaşlını xilas edib - VİDEOBu gün, 09:58Şimşək çaxıb, leysan xarakterli yağıb - Faktiki havaBu gün, 09:46Bayden prezidentliyə namizədliyini geri götürübBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:18İlham Əliyev Milli Mətbuat Günü münasibətilə paylaşım edibBu gün, 09:06Azərbaycanda milli mətbuatı 149 yaşındaBu gün, 09:00“Ermənistanla normallaşma prosesində irəliləyiş baş verir”20 / 07 / 2024, 18:31Prezident: Bizim COP heyətimiz çox səmərəli işləyir20 / 07 / 2024, 17:41
Bütün xəbərlər