ADY bayram günləri ilə əlaqədar Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə 12 qatar reysi təyin edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADY bayram günləri ilə əlaqədar Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə 12 qatar reysi təyin edir

Qafar Ağayev16:21 - 13 / 06 / 2024
ADY bayram günləri ilə əlaqədar Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə 12 qatar reysi təyin edir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə xəttə əlavə 12 qatar reysi təyin edib.

ADY-dən 1news.az-a verilən məlumata görə, marşrut üzrə təyin edilmiş qatarlar 14, 15, 17, 18 və 19 iyun tarixlərində hər iki istiqamətdə, 16 iyun tarixində isə bir istiqamətdə – Bakıdan Ağstafaya hərəkətdə olacaq.

Bununla yanaşı, 14 iyundan etibarən Bakı–Ağstafa–Bakı marşrutu üzrə müasir və komfortlu yeni “Stadler” qatarları hərəkətə başlayacaq. Sürətli qatarlar hər gün Bakıdan Ağstafaya saat 08:00 və saat 18:00-da, Ağstafadan Bakıya isə saat 08:20 və saat 18:20-də yola düşəcək. Həmçinin yeni qatarlara ilk dəfə olaraq Ləki və Ucar stansiyalarında da dayanacaq verilir.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, www.ady.az saytından, “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Paylaş:
175

Son xəbərlər

Dolu düşüb, güclü külək müşahidə olunub - Faktiki HavaBu gün, 09:43BDU-nun müəllimi Lalə Hüseynova vəfat edibBu gün, 09:31AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:20Antoni Blinken Prezident İlham Əliyevə zəng edibBu gün, 09:16Azərbaycana yay fəsli daxil olubBu gün, 08:49Bu gündən müəllimlərin sertifikatlaşdırılması imtahanı başlanırBu gün, 08:47Qərbi Azərbaycan İcması Ermənistanı qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağa çağırıb20 / 06 / 2024, 21:04Küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq - XƏRİTƏ20 / 06 / 2024, 17:51Azərbaycanın daha bir ağırlıqqaldıranı Avropa birinciliyinin qalibi olub20 / 06 / 2024, 17:47YAP-dan Milli Məclisin buraxılması ilə bağlı TƏŞƏBBÜS20 / 06 / 2024, 17:37Avadanlıqlara verilən xüsusi icazələrin sayı açıqlanıb20 / 06 / 2024, 17:29Rusiya iki nəfəri Azərbaycana ekstradisiya edib20 / 06 / 2024, 17:16Azərbaycanla İtaliya arasında hərbi-texniki əməkdaşlıq müzakirə edilib20 / 06 / 2024, 17:12Bayram günlərində milli parkları ziyarət edənlərin sayı açıqlandı20 / 06 / 2024, 16:55MEDİA-nın dəstək müsabiqəsində qalib olan onlayn media subyektləri bəlli oldu - SİYAHI20 / 06 / 2024, 16:45IOTA-nın 2024-2025-ci illər üzrə prezidentliyi Dövlət Vergi Xidmətinə həvalə edilib20 / 06 / 2024, 16:40Xidmət rəisi: İyunda havanın temperaturu iqlim normasından 4.8 dərəcə yüksək olub20 / 06 / 2024, 16:25Mingəçevirdəki çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb20 / 06 / 2024, 16:22Gəncədə qanunsuz tikili sökülüb20 / 06 / 2024, 15:58Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqinin biznes üçün əhəmiyyəti20 / 06 / 2024, 15:55
Bütün xəbərlər