İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası Şuşada keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası Şuşada keçirilib

Qafar Ağayev16:27 - 13 / 06 / 2024
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası Şuşada keçirilib

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının Şuşada keçirilən iclasında Şirkətin Baş Direktoru Balakişi Qasımov 2023-2024-cü illər televiziya mövsümündə görülən işlər və nəzərdə tutulan planlar barədə geniş təqdimatla çıxış edib.

Qurumdan 1news.az-a verilən məlumata görə, bildirilib ki, hesabat dövründə İctimai Televiziya verilişlərin məzmun keyfiyyətini artırmaqla yanaşı, müasir texnoloji yeniliklərin tətbiqini davam etdirib. Yeni studiyalar dünyanın ən inkişaf etmiş telekanallarının yararlandığı son model texnologiyalar əsasında fəaliyyət göstərir. Baş direktor deyib ki, İctimai TV-nin efirində beynəlxalq əhəmiyyətli, lisenziyalı layihələrin yayımı uğurla davam edir. Məqsəd müasir televiziya verilişlərinin hazırlanaraq ictimaiyyətə təqdim edilməsi, intellektual proqramlarla bütövlükdə cəmiyyətin, onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarına xidmət etməkdir.

İclasda ayrı-ayrı verilişlər və həyata keçirilməsi planlaşdırılan layihələr haqqında ayrıntılı müzakirələr aparılıb. Yayımlanmış məzmunların ictimai əhəmiyyəti, aktuallığı və sosial şəbəkələrdə yüksək reytinq göstəricilərinə də toxunulub. Baş direktor qeyd edib ki, ölkəmizdə və beynəlxalq aləmdə ictimaiyyətin böyük maraqla izlədiyi AVRO-2024-ün Azərbaycanda eksklüziv yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur. Almaniyada keçiriləcək turnirin 14 iyun tarixində açılış mərasimi birbaşa yayımlanacaq. Bir ay davam edəcək turnirin ən yüksək səviyyədə işıqlandırılması üçün hazırlıq işləri tamamlanıb. Azərbaycan ərazisində Avropa çempionatının bu oyunları İctimai Televiziyanın efiri ilə yanaşı, rəsmi YouTube kanalında da canlı yayımlanacaq. Eyni zamanda, gündəlik olaraq oyunların icmalları operativ şəkildə tamaşaçılara təqdim ediləcək. Planetin ən möhtəşəm idman yarışması, iyulun 26-dan avqustun 11-nə kimi davam edəcək “Paris-2024” Yay Olimpiya Oyunlarının Azərbaycanda eksklüziv yayım hüququ da İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur. Bütün idmaçılarımızın çıxışları, olimpiadanın rekordlar, sevinc və üzüntü ilə zəngin olan ən maraqlı, emosial anları İTV-nin efirində yaşanacaq.

Baş direktor həmçinin bildirilib ki, Sony Pictures, BBC, Discovery və digər məşhur şirkətlərin istehsalı olan ən baxımlı bədii, sənədli filmləri, lisenziyalı xarici serialları peşəkar dublyajla yayımlayan İctimai TV tamaşaçılara özünün istehsalı olan serialları da planlı şəkildə hazırlayaraq təqdim edir.

Müzakirələr zamanı çıxış edən Yayım Şurasının sədri Teymur Kərimli, Şura üzvləri – Həsən Cəfərov, Azər Həsrət, Yusif Babanlı, Azər Əliyev, Sevil Yusifova, Vüqar Zeynalov İctimai Teleradioda həyata keçirilən layihələri, müasir beynəlxalq təcrübənin tətbiqini və planlaşdırılan işləri yüksək qiymətləndirib, öz fikir və təkliflərini səsləndiriblər.

İclas iştirakçıları Şuşaya səfər çərçivəsində şəhərin gözəl, tarixi əhəmiyyətli məkanlarını - Cıdır düzü, Vaqifin Muzey Məqbərə Kompleksi, Yuxarı Gövhərağa məscidi, İcra Hakimiyyətinin inzibati binasını, "Güllələnmiş heykəllər" və Xan qızı bulağını ziyarət ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi anılıb.

Paylaş:
213

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər