“Qarabağ gecəsi” xeyriyyə konsertinə bilet alın, doğma Qarabağın bərpasına dəstək olun | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qarabağ gecəsi” xeyriyyə konsertinə bilet alın, doğma Qarabağın bərpasına dəstək olun

19:10 - 14 / 06 / 2024
“Qarabağ gecəsi” xeyriyyə konsertinə bilet alın, doğma Qarabağın bərpasına dəstək olun

10 iyul 2024-cü il tarixində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, “Azərlotereya” ASC-nin tərəfdaşlığı, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya dəstəyi ilə “Qarabağ gecəsi” adlı növbəti xeyriyyə konserti keçiriləcək.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq konsertdə Xalq artisti Ənvər Sadıqov, Əməkdar artist Emil Əfrasiyab, “Qaytağı” instrumental ansamblı və caz musiqiçiləri iştirak edəcək.

Məlumat üçün bildirək ki, konsertin biletləri artıq satışa çıxarılıb. Biletləri iTicket.az saytından və satış məntəqələrindən əldə etmək mümkündür.

Bilet əldə etmək üçün linkə keçid edin: https://iticket.az/events/concerts/karabakh-night/120249

Xüsusi olaraq vurğulamaq istəyirik ki, konsertdən əldə ediləcək vəsait işğaldan azad edilmiş ərazilərdə yerləşən mədəniyyət obyektlərinin yenidən qurulmasına yönəldiləcək.

Xatırladaq ki, “Qarabağ gecəsi” adlı ilk xeyriyyə konserti 26 iyun 2022-ci il tarixində Bakıda, ikinci konsert isə 17 iyun 2023-cü il tarixində Gəncədə təşkil olunub. Hər iki konsertdən əldə edilən vəsait Qarabağda yerləşən tarixi abidələrin bərpasına yönəldiləcək.

Əziz həmvətənlərimiz, hər kəsi işğaldan azad edilmiş ərazilərin bərpasını dəstəkləmək üçün konsertə bilet əldə etməyə dəvət edirik.

Hər bilet Qarabağın dirçəlişi üçün mühüm töhfədir.

Həmrəy olaq, Qarabağı birlikdə daha gözəl bərpa edək!

Paylaş:
279

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər